Koloss (personaj)
Personaj / From Wikipedia, the free encyclopedia
Koloss (ing. Colossus) — Marvel Comics personajı. Mutant, İks-adamlar üzvü və super qəhrəmandır. 1975-ci ildə Len Ueyn və Deyv Kokrum tərəfindən yaradılmış və "Böyük ölçülü İks-adamlar" komiksinin ilk sayında yer almışdır. Böyük bacısı İlyana Rasputin də mutantdır və Maqik adı ilə İks-adamlar komandasının üzvüdür. 1990-cı illərə qədər İks-adamlar üzvü olmuş, qısa müddətliyinə Ekskalibur komandasına qatılmış, amma İks-adamlarə qayıdaraq bir daha ayrılmamışdır.
Cəld faktlar Nəşriyyat, Yayım tarixi ...
Koloss | |
---|---|
ing. Colossus | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Böyük ölçülü İks-adamlar" #1 (may, 1975) |
Yaradıcı(lar) |
Len Ueyn Deyv Kokrum |
Xüsusiyyətlər | |
Əsl adı | Pyotr "Peter" Nikolayeviç Rasputin |
Doğum yeri | Ust-Ordynski, Baykal gölünün yaxınlığı, Sibir, Rusiya (keçmiş SSRİ) |
Cinsiyyəti | kişi |
Boyu |
198 sm 226 sm (gücündən istifadə edərkən) |
Çəkisi |
113 kq 228 kq (gücündən istifadə edərkən) |
Göz rəngi |
göy gümüş (gücündən istifadə edərkən) |
Saç rəngi | qara |
Növü | mutant |
Vətəndaşlıq | |
Təhsili | Xavier kolleci |
Komiks bioqrafiyası | |
Kainat | 616 |
Üzvlükləri |
İks-adamlar Müdafiəçilər Ekskalibur Akolitlər X-Fors Foniks Beş |
Ləqəbləri | Rasputin, Peter Nikolas, Cuqqernaut[1], Pete, Peter, Foniks, Kiçik qardaş |
Gücləri | dərisini metala çevirmək, fiziki güc və dayanıqlıq |
Bağla
"Wizard" jurnalı Kolossu "Top 200 komiks personajı" siyahısında 184-cü yerdə göstərmişdir.[2] 2006-cı ildə IGN-nın "Top 25 İks-adamlar üzvü" siyahısında 10-cu göstərilmişdir.[3] 2013-cü ildə ComicsAlliance-nin "Ən cazibədar 50 komiks personajı" siyahısında 22-ci yeri tutmuşdur.[4]