Kodokuşi
From Wikipedia, the free encyclopedia
Kodokuşi (孤独死?) və ya tənha ölüm – Yaponiyada insanların tənha şəkildə evlərində ölmələri və cəsədlərinin uzun müddət kəşf olunmamış qalması fenomeni.[1] Fenomen ilk dəfə 1980-ci illərdə təsvir olunmuşdur.[1] Kodokuşi getdikcə Yaponiyada aktuallaşan problemlərdən biridir, iqtisadi problemlərlə və əhalinin qocalma prosesi ilə əlaqədardır.[1][2] Bu fenomenin digər adları koritsuşi (孤立死?) və dokkyoşidir (独居死?).