Kiznaiver
From Wikipedia, the free encyclopedia
Kiznaiver (キズナイーバー, Kizunaībā?, azərb. Kiznayver) — Trigger və Aniplex tərəfindən Mari Okadanın ssenaristliyi ilə istehsal olunmuş anime serialı. Yaponiyada 9 aprel 2016-cı ildən 25 iyun 2016-cı ilə kimi yayımlanmışdır. Personaj dizaynerləri Şiro Miva və Mai Yoneyamadır.[4] "Rage of Bahamut" animesinin ikinci rejissoru, "Kill la Kill" animesinin isə seriya rejissoru olmuş Hiroşi Kobayaşi bu anime serialında rejissor kimi debüt edir.
Kiznaiver | |
キズナイーバー (Kizunaībā) azərb. Kiznayver | |
---|---|
Janr | döyüş, triller, elmi fantastika, dram[1] |
Manqa | |
Yazıçı | Roci Kareqişi |
Nəşriyyat | Kadokawa Shoten |
Tərcüməçi nəşriyyat | Crunchyroll (rəqəmsal)[2] |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 25 mart 2016 – 25 iyun 2016 |
Cildlər | 1 |
Anime | |
Rejissor | Hiroşi Kobayaşi |
Prodüsser | Uryuu Kyoko, Uetsuki Mikio, Sayta Hideyuki, Kase Naoto, Usa Yoşihiro, Kaneniva Kozue, Ovada Tomoyuki |
Ssenarist | Mari Okada |
Bəstəkar | Yuki Hayaşi |
Studiya | Trigger |
Digər lisenziyalar | Anime Limited |
Kanal | Tokyo MX, GTV, GYT, BS11, ABC, TVA, AT-X |
Digər kanallar | |
Buraxılış tarixi | 9 aprel 2016 – 25 iyun 2016 |
Seriyalar | 12 (seriya siyahısı) |
Manqa | |
Mini! KIZNAIVER Theater | |
Yazıçı | S.Kosuqi |
Nəşriyyat | Kadokawa Shoten |
Tərcüməçi nəşriyyat | Crunchyroll (rəqəmsal) |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 27 aprel 2016 – hazırda |
Cildlər | 1 |
Manqa | |
Manqaka | Ryo Suzukaze |
Rəssam | Trigger |
Nəşriyyat | Kadokawa Shoten |
Nəşr tarixi | 27 oktyabr 2016 |
Anime və manqa portalı |
Anime serialının adı "yara" (傷, kizu?) və "əlaqə" (絆, kizuna?) sözlərinin birləşməsindən yaranıb.[5] "Kiznaiver" bir-biriləri ilə yaraları ilə bağlanmış bir qrupdan bəhs edir və bu qrup onlara verilən missiyaları birlikdə yerinə yetirməlidir. Mövzu baxımından bu anime serialı Trigger studiyasının əvvəlki filmlərində işlənmiş personajlar arasındakı münasibətlər mövzusuna oxşayır.[6]
Anime serialı Crunchyroll və Niconico vasitəsilə yayımlanmışdır.[7]