Kitab-ül Bəhriyyə
Admiral Piri Rəis tərəfindən hazırlanmış Aralıq dənizi sahillərinin ətraflı xəritəsi-bələdçisi əsəri / From Wikipedia, the free encyclopedia
Kitab-ül Bəhriyyə və ya Dənizlər kitabı (osman. >كتاب بحرية türk. Kitâb-ı Bahriye) — Osmanlı dənizçisi, admiralı Piri Rəis tərəfindən hazırlanmış Aralıq dənizi sahillərinin ətraflı xəritəsi-bələdçisi əsəridir.[1] Kitabda dənizçilərə Aralıq dənizi sahilləri, onun adaları, keçidləri, boğazları, körfəzləri, fırtına zamanı hara sığınacaq axtarmalı, limanlara necə yaxınlaşmalı, eləcə də limanlar arasında naviqasiya üçün dəqiq marşrutlar haqqında məlumat verilir.[2]
Cəld faktlar Kitab-ül Bəhriyyə, Müəllif ...
Kitab-ül Bəhriyyə | |
---|---|
osman. >كتاب بحرية türk. Kitâb-ı Bahriye | |
| |
Müəllif | Piri Mühiddin Rəis |
Janr | elmi |
Mövzu | coğrafiya, kartoqrafiya |
Orijinalın dili | osmanlı türkcəsi |
Ölkə | Osmanlı imperiyası |
Orijinalın nəşr ili | 1521 |
Nəşr | Gelibolu, Osmanlı imperiyası |
Cild | 1 |
Səhifə | 743 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Kitab-ül Bəhriyyənin iki variantı var. Birincisi 1521-ci ilə aiddir və dənizçilərin istifadəsi üçün hazırlanmışdır. İkincisi, 1526-cı ildə Qanuni Sultan Süleymana təqdim edilmək üçün hazırlanmış daha təfərrüatlı və təmtəraqlı nüsxəsidir.