Kim Possibl
From Wikipedia, the free encyclopedia
Kim Possibl (ing. Kim Possible) — 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatına layiq görülmüş ABŞ animasiya serialı. Əslində 65 hissə olan seriala tamaşaçıların istəyi ilə daha 22 hissə əlavə olunmuş və epizodların sayı 87-ə çatmışdır. İlk dəfə 7 iyun 2002-ci il tarixində ABŞ-nin Disney Channel kanalında yayımlanmışdır.
Cəld faktlar Kim Possibl, Ssenarist ...
Kim Possibl | |
---|---|
ing. Kim Possible | |
Ssenarist | |
Rolları səsləndirənlər | Kristi Karlson Romano[1], Con Di Macio[1], Ronald Li Ermey[1], Qari Koul[1], Felisiti Haffman[d][1], Melisa Makkarti[1], Petton Osvalt[d][1] |
Ölkə | |
Dil | ingilis dili[2] |
Mövsümlərin sayı | 4 |
Seriyaların sayı | 87 |
Seriyanın müddəti | 22 dəq. |
Rəng | rəngli |
Telekanal | Disney Channel |
Nümayiş | bilinmir, 24 iyun 2003 |
IMDb | ID0278866 |
Rəsmi saytı |
Bağla
Serialda ABŞ-nin uydurulmuş Middlton şəhərində yaşayan Kim Possibl adında 13 yaşlı gənc bir qız, ən yaxın dostu Ron Stoppabl və Ueyd Load ilə birgə dünyanı pisliklərdən qurtarmalarından söhbət açılır. "Kim Possibl" sözü "Impossible" sözündən götürülmüşdür. Mənası İngiliscədən "Mümkün olmayan" deməkdir. Yəni Kim Possibl mümkün olmayan tapşırıqları məsuliyyətlə yerinə yetirir.