Keson sənaye bölgəsi
From Wikipedia, the free encyclopedia
Keson sənaye bölgəsi və ya Keson sənaye zonası— Şimali Koreyanın (KXDR) xüsusi inzibati sənaye bölgəsi. Bölgə 2002-ci ildə Keson şəhərinin bir hissəsindən yaradılıb. Baxmayaraq ki, Cənubi Koreyanın prezidenti Moon Jae-in bölgəni yenidən açmağı və genişləndirməyi arzuladığını bildirmişdir,[1] sənaye bölgəsi 10 fevral 2016-cı ildə Cənubi Koreya hökuməti tərəfindən müvəqqəti olaraq bağlanmış və bütün işçi heyət Park Qeun-hye administrasiyası tərəfindən geri çağrılmışdır.[2]
Keson Sənaye Regionu | |
---|---|
(kor. 개성공업지구) | |
37°55′48″ şm. e. 126°37′30″ ş. u. | |
Ölkə | Şimali Koreya |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 2004 |
Sahəsi | 66 km² |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | Koreya dili |
Vikianbarda əlaqəli mediafayllar |
Bunun əhəmiyyətli xüsusiyyəti Keson sənaye parkının Cənubi Koreya ilə birgə iqtisadi inkişaf olaraq fəaliyyət göstərməsidir. Park Koreya Silahsızlaşdırma Zonasının 10 kilometr (altı mil) şimalda, Seuldan Cənubi Koreyaya birbaşa avtomobil yolu və dəmir yolu ilə bir saatlıq məsafədə yerləşir. Park Şimali Koreyanı xarici valyutanın əhəmiyyətli bir mənbəyi ilə təmin edərkən, Cənubi Koreyalı şirkətlərə təhsilli, təcrübəli və sərbəst olan ucuz əməklə məşğul olmağa imkan verir.[3]
2013-cü ilin aprel ayından etibarən 123 Cənubi Koreya şirkəti təxminən 53.000 KXDR işçisini və 800 Cənubi Koreya işçisini işə götürdü. Hər il 90 milyon dollar məbləğində olan ümumi əmək haqqı birbaşa Şimali Koreya hökumətinə ödənilmişdir.[4]
Şimali və Cənubi Koreya arasındakı gərginlik dövründə, sənaye parkına cənubdakı giriş məhdudlaşdırılmışdır.[3] 2013-cü il Koreya böhranı zamanı aprelin 3-də Şimali Koreya bütün Cənubi Koreyalı vətəndaşların bölgəyə girişini əngəllədi. 8 aprel 2013-cü ildə Şimali Koreya hökuməti bütün fəaliyyətlərini dayandıran Keson sənaye parkından 53.000 olan bütün Şimali Koreyalı işçisini uzaqlaşdırdı.[4][5] 15 avqust 2013-cü ildə hər iki ölkə sənaye parkının yenidən açılmasına razılığa gəldilər.[6]
Cənubi Koreya Birliyi Nazirliyi 10 fevral 2016-cı ildə sənaye parkının "müvəqqəti" olaraq bağlanacağını və bütün heyətin geri çağrıldığını elan etdi, bir qismi 2016-cı ilin yanvarında peyk buraxma və iddia edilən hidrogen bombası testi də daxil olaqmaqla, Şimali Koreyada davam edən təxribatlara etiraz etdi.[2] Növbəti gün, Şimali Koreya bütün Cənubi Koreyalı işçiləri xaric etdiyini açıqladı və birgə işləyən zavod parkında bütün Cənubi Koreya əmlak və avadanlıqlarının dondurulacağını söylədi. Bu elandan sonra Cənubi Koreyanın bütün 280 işçisi Kesonu tərk etdilər.