Kayseri
Mərkəzi Anadoluda yerləşən şəhər / From Wikipedia, the free encyclopedia
Kayseri — Türkiyənin Mərkəzi Anadolu regionunda yerləşən böyük sənayeləşdirilmiş şəhər. Kayseri ilinin inzibati mərkəzidir. Kayseri Böyükşəhər Bələdiyyəsinin fəaliyyət göstərdiyi şəhər, struktur olaraq beş böyük ilçə, Qocasinan, Məlikqazi və 2004-cü ildən bu yana Hacılar, İncəsu və Talas, bunlarla yanaşı 11 kiçik ilçə, Ağqışla, Bünyan, Dəvəli, Fəlahiyyə, Özvətən, Pınarbaşı, Sarıoğlan, Sarız, Tomarza, Yəhyalı olmaqla ümumilikdə 16 ilçədən ibarətdir.[7][8][9]
Kayseri | ||||||||
---|---|---|---|---|---|---|---|---|
türk. Kayseri | ||||||||
| ||||||||
38°43′21″ şm. e. 35°29′15″ ş. u. |
||||||||
Ölkə | ||||||||
Daxildir | Mərkəzi Anadolu | |||||||
İcra başçısı | Məmduh Böyükqılınc[1] | |||||||
Qubernator | Şəhmus Günaydın[2] | |||||||
Tarixi və coğrafiyası | ||||||||
Hündürlük | 1.050 ± 1 m | |||||||
Saat qurşağı | ||||||||
Əhalisi | ||||||||
Əhalisi |
|
|||||||
Rəsmi dili | Türkcə | |||||||
Rəqəmsal identifikatorlar | ||||||||
ISO kodu | TR-38 | |||||||
Telefon kodu | +90 352[3] | |||||||
Poçt indeksi | 38000–38999[4][5] | |||||||
Avtomobil nömrəsi | 38[6] | |||||||
Rəsmi sayt | ||||||||
|
||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Kayseri, hündürlüyü 3916 metr olan Ərciyəs dağının ətəyində yerləşir.[10] Şimal və şimal-qərbdə Yozqat, şimal-şərqdə Sivas, şərqdə Qəhrəmanmaraş, cənubda Adana, cənub-qərbdə Niğdə, qərbdə Nevşəhər ilə əhatə olunmuşdur.[11] Dünyanın ən qədim şəhərlərindən biri olan Kayseri antik dövrlərdə Kappadokiya adlanan tarixi bölgənin bir hissəsi olmuşdur. İpək yolu üzərində yerləşən şəhər, coğrafi mövqeyinə görə daim düşmən işğallarına məruz qalmışdır. Həmçinin, bölgə bir çox sivilizasiyaların beşiyi olmuşdur.[12][13]
Türkiyə iqtisadiyyatında diqqətçəkici ölçüdə inkişafa malik şəhərlərin yer aldığı Anadolu Pələngləri qruplaşmasında ilk sırada yer alan Kayseri, regionda yüksək sənayeləşməsi ilə digər şəhərlərdən kəskin fərqlənir.[14] Şəhərdə işsizlik digər şəhərlərə nisbətən olduqca aşağıda səviyyədə olmuş, oxuma-yazma qabiliyyətinə görə isə İstanbul və Ankara kimi böyük şəhərlərlə daim rəqabətdə olmuşdur.[15] Savadlılıq səviyyəsi isə 93,82% olaraq təyin olunmuşdur. Kayseri torpaqlarının 54,3%-i kənd təsərrüfatı üçün olduqca əlverişlidir.[16]
Şəhər bir sıra tarixi abidələri, o cümlədən Səlcuqlu dövrünə aid bir çox tarixi abidəyə ev sahibliyi edir.[17][18][19] Adətən Kappadokiya ziyarətlərində xeyli miqdarda turist qəbul edən Kayserinin özünə məxsus bir çox görməli məkanları var. Səlcuqlu və Osmanlı dövrünə aid tarixi abidələr və muzeylər yer alan Pınarbaşı, Ağqışla, Talas və Dəvəli ilçələri, şəhər ətrafında alpinizm və trekinq üçün Ərciyəs dağı, raftinq üçün Zamantı çayı olduqca məşhurdur.[20][21] Şəhərdə Erkilet Beynəlxalq Hava Limanı xidmət göstərir.[22][23] Bununla yanaşı, şəhər 2 dövlət Ərciyəs Universiteti, Abdullah Gül Universiteti, 1 özəl Nuh Naci Yazqan Universitetinə ev sahibliyi edir.[24]
Türkiyə Statistika Qurumunun 2011-ci il siyahıyaalmasına əsasən, şəhər əhalisi 1,389,000 nəfər olmuşdur.[25][26]