Kauhaneva-Pohyankanqas Milli Parkı
From Wikipedia, the free encyclopedia
Kauhaneva-Pohyankanqas Milli Parkı (fin Kauhanevan–Pohjankankaan kansallispuisto) – Finlandiyanın Cənubi Ostrobotniya və Satakunta regionlarında, Karvia və Kauhayoki bələdiyyələrində yerləşən milli park. 1982-ci ildə yaradılmış milli parkın sahəsi 57 km² təşkil edir. Ərazinin böyük hissəsini bataqlıqlar təşkil edir. Milli parkda yerləşən Kauhaneva bataqlığının sahəsi 16,3 km² təşkil edir.[2]
Cəld faktlar Sahəsi, Yaradılma tarixi ...
Kauhaneva-Pohyankanqas Milli Parkı | |
---|---|
fin Kauhanevan–Pohjankankaan kansallispuisto | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 57 km² |
Yaradılma tarixi | 1982 |
Ziyarətçi sayı | 2015[1] |
İdarəetmə orqanı | Finlandiya Meşə Administrasiyası |
Yerləşməsi | |
62°10′45″ şm. e. 22°24′23″ ş. u. | |
Ölkə | Finlandiya |
Regionlar | Cənubi Ostrobotniya, Satakunta |
Rayonlar | Karvia, Kauhayoki |
luontoon.fi/kauhaneva-po… | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
2004-cü ildə park əhəmiyyətinə görə Ramsar yeri elan edilmişdir.[3] Park həmçinin Natura 2000 qoruq əraziləri şəbəkəsinin tərkib hissəsidir.[4]