Karl Frederik fon Breda
From Wikipedia, the free encyclopedia
Karl Frederik fon Breda (isv. Carl Frederik von Breda; 16 avqust 1759[1][2][…], Stokholm[3] – 1 dekabr 1818[1][2][…], Stokholm[3]) — İsveç kralığının rəssamı olmamışdan əvvəl təhsilini Böyük Britaniyada başa vuran isveçli rəssam. Karl Frederik fon Breda Stokholmda anadan olub, daha sonra Böyük Britaniyaya köçüb və burada Coşua Reynoldsun tələbəsi olub. Breda xüsusilə portret şəkillərində ixtisaslaşmışdır. Buna görə də "isveçli van Deyk" adlandırılır.[4] 1796-cı ildən İsveçə qayıdan Breda burada Sənətlər Akademiyasında professor olaraq fəaliyyət göstərib. Digər tərəfdən portret və krallıq rəssamı olaraq da çalışıb. İyirmi iki yaşında evlənən Bredanın oğlu Yohan Frederik də atası tərəfindən tərbiyə edilib və rəssam olaraq fəaliyyət göstərib. İsveçli rəssam 1818-ci ildə Stokolmda vəfat edib.[5]
Karl Frederik fon Breda | |
---|---|
Carl Frederik von Breda | |
Doğum tarixi | |
Doğum yeri | Stokholm |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Stokholm |
Vəfat səbəbi | beyin qansızması[d] |
Milliyyəti | isveçli |
Vətəndaşlığı | İsveç |
Fəaliyyəti | rəssam |
Təhsili | İsveç Kral İncəsənət Akademiyası |
Janr | portret |
Stil | portret |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |