Kardaşev şkalası
From Wikipedia, the free encyclopedia
Kardaşev şkalası (rus. Шкала Кардашева) – sivilizasiyanın texnoloji inkişafını müəyyələnləşdirən şkala.[1]
Şkala 1964-cü ildə kosmik siqnallarda yadplanetli həyat işarələri axtaran rus astrofizik Nikolay Semyonoviç Kardaşev tərəfindən tərtib edilib. Şkala enerji istifadə miqdarına əsaslanmış 3 kateqoriyaya bölünür: I tip (10¹⁶W), II tip (10²⁶W) və III tip (10³⁶W).[1]
Digər astronomlar şkalaya IV (10⁴⁶W) və V (bu növ sivilizasiyanın əlinin çatdığı enerji tək bizim kainatdakı bütün enerjiyə yox, bütün kainatlardakı və bütün zaman anlarındakı enerjiyə bərabər olar) tipləri də əlavə ediblər. Bu əlavələr enerji istifadəsi ilə bərabər mədəniyyətlərin bilik səviyyəsini də nəzərə alır.[1]
İnsan irqi bu şkalada yer almır. İnsanlar Yer kürəsindəki ölü bitki və heyvanlar vasitəsi ilə enerji ehtiyaclarını təmin etdiyinə görə 0-ci tipə daxildir (və bir sonrakı tipdəki mədəniyyətə çatmaq üçün uzun bir yol var). Kalku inanır ki, hər şeyi nəzərə aldıqda bəşəriyyətin 1-ci tip mədəniyyət səviyyəsinə çatmağı üçün 100-200 il lazımdır.[1]