Körpə Hitleri öldürmək
From Wikipedia, the free encyclopedia
Körpə Hitleri öldürmək – etika və nəzəri fizikada zamanda səyahət edərək körpə Adolf Hitleri öldürməkdən bəhs edən fikir təcrübəsi. Bu məsələ həm insan öldürmək, həm də doğuracağı nəticələr səbəbilə etik dilemmaya səbəb olur. Körpə Hitleri öldürmək İkinci Dünya müharibəsindən etibarən elmi fantastikanın mövzularından biridir və etika müzakirələrində səsləndirilir.
Körpə Hitleri öldürməyin etik doğruluğu barədə konsekvensialist, deontoloji və utilitarist arqumentlər irəli sürülmüşdür. Təbiət yoxsa tərbiyə baxış bucağı isə körpə Hitleri öldürmək əvəzinə onun böyüdüyü cəmiyyəti dəyişməyi müdafiə edir. Məsələ nəzəri fizikada da müzakirə olunmuşdur.
Körpə Hitleri öldürmək barədə ictimaiyyətin fikri müxtəlifdir. Florida qubernatoru Ceb Buş və aktyor Tom Henks öldürməyi dəstəkləsələr də, komediyaçı Stefan Kolbert və Ben Şapiro bu fikrə qarşı çıxmışdır. 2015-ci ildə "The New York Times" bu mövzu üzrə oxucuları arasında sorğu keçirmişdir.