Ben Şapiro
ABŞ mühafizəkar siyasi şərhçisi, ictimai spikeri, yazıçısı və hüquqşünası. / From Wikipedia, the free encyclopedia
Bencamin Aaron Şapiro (ing. Benjamin Aaron Shapiro; 15 yanvar 1984, Los-Anceles, Kaliforniya)[2] — ABŞ mühafizəkar siyasi şərhçisi, ictimai spikeri, yazıçısı və hüquqşünası. O, 17 yaşında olarkən ABŞ-də milli şəkildə sindikatlaşdırılmış ən gənc icmalçı olmuşdur.[3][4][5] Şapiro "Creators Syndicate" və "Newsweek" üçün icmallar yazır, qurduğu "The Daily Wire" veb-saytının baş redaktoru, "The Ben Shapiro Show" gündəlik siyasi podkastı və canlı radioverilişinin aparıcısıdır. 2012-ci ildən 2016-cı ilə qədər "Breitbart News" veb-saytının redaktor-konsultantı olmuş Ben Şapiro bu günə kimi 11 kitab yazmışdır. Onların birincisi "Brainwashed: How Universities Indoctrinate America's Youth" (2004), ən yenisi isə "The Authoritarian Moment: How the Left Weaponized America's Institutions Against Dissent" (2021).
Ben Şapiro | |
---|---|
ing. Ben Shapiro | |
| |
Digər adı | Bencamin Aaron Şapiro |
Doğum tarixi | 15 yanvar 1984(1984-01-15) (40 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Mor Toledano (ev. 2008) |
Uşağı | 2 |
Atası | Deyvid Şapiro |
Milliyyəti | amerikalı |
Təhsili |
|
Fəaliyyəti | radioaparıcı[d], vəkil, redaktor[d], jurnalist, yazıçı, podkaster[d], siyasi şərhçi, şərhçi, hüquqşünas, icraçı prodüser |
Fəaliyyət illəri | 2001–h.h. |
Partiyası | |
dailywire.com/author/ben… | |
Vikianbarda əlaqəli mediafayllar |