Ice Spice
From Wikipedia, the free encyclopedia
Ice Spice (əsl adı: Aysis Nayca Qaston; 1 yanvar 2000[3], Bronks, Nyu-York ştatı, Nyu-York, ABŞ[3]) — ABŞ repçisi. Nyu-York şəhərinin Bronks bölgəsində böyüyüb, karyerasına 2021-ci ildə SUNY Purchase-də təhsil alarkən prodüser RiotUSA ilə tanış olduqdan sonra başlayıb.
Ice Spice | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Isis Naija Gaston[1][2] |
Doğum tarixi | 1 yanvar 2000(2000-01-01)[3] (24 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 2021-ci ildən |
Janrlar | drill[d][4], hip-hop[d], Şərq Sahili hip-hop musiqisi, pop rep[d] |
Albom şirkətləri | Capitol Records[d][5], 10K Projects[6], Polydor Records[7] |
Təhsili | |
icespicemusic.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ice Spice 2022-ci ilin sonlarında TikTok hit mahnısı "Munch (Feelin' U)" ilə məşhurluq qazandı. O, "Bikini Bottom" və "In Ha Mood" sinqllarını yayımladı, bunun ardınca debüt mini-albomu "Like..?" buraxıldı. Aysis Lil Tjay ilə əməkdaşlıq edərək "Gangsta Boo" mahnısını buraxdı, mahnı Billboard Hot 100 hit-paradında ilk 100-ə daxil oldu. Onun remiks sinqlları "Boy's a Liar Pt. 2" (PinkPantheress ilə) və "Princess Diana" (Niki Minaj ilə) ABŞ-də ilk beşliyə yüksəldi, Aysisin Teylor Sviftin "Karma" mahnısına olan remiksi 26 may 2023-cü ildə yayımlandı.
Musiqi jurnalistləri Ice Spice-nin rep üslubunu unikal hesab edirlər. The New York Times və Billboard kimi nəşrlər onu "repin yeni şahzadəsi" adlandırıblar.[9]