IV Adrian
From Wikipedia, the free encyclopedia
IV Adrian (lat. Hadrianus IV) və ya Nikolas Breykspir (ing. Nicholas Breakspeare; ən tezi 1100 və ən geci 1120[1], Sant Albans, İngiltərə krallığı və ya Abbosts-Lanqli[d], İngiltərə krallığı – 1 sentyabr 1159[1], Anani[d], Papa dövləti, Müqəddəs Roma imperiyası[1]) — 1154-cü ildən Roma Papası. O, yeganə ingilis Roma papası olmuşdur. IV Adrian Avinyon yaxınlığındakı Müqəddəs Ruf Avqustin monastırının rahibi, sonra abbatı, nəhayət 1150-ci ildə kardinalı olmuşdur. O, 1152-ci ildə Skandinaviyada Papa legatı olmuş və burada kilsəni Qriqorian islahatı prinsipləri əsasında yenidən təşkil etmişdir. IV Adrian Romada Breşiyalı Arnoldun başçılıq etdiyi respublikaçı hərəkatına qarşı mübarizə aparmışdır. 1155-ci ildə o, imperator I Fridrix Barbarossanı taclandırmışdır.[2]
IV Adrian | |
---|---|
Doğum tarixi | ən tezi 1100 və ən geci 1120[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 1 sentyabr 1159[1] |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | diplomat, filosof, katolik keşişi[d] |
Vikianbarda əlaqəli mediafayllar |