IBM
From Wikipedia, the free encyclopedia
IBM (tələffüzü: ay-bi-em; ing. International Business Machines) — əsası 16 iyun 1911-ci ildə qoyulan, texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış ilk transmilli kompüter şirkətlərindən biri. IBM kompüter texnologiyaları sahəsində və satış həcminə görə dünya lideridir. IBM meynfreymləri mavi rəngli idi və buna görə də mətbuatda bu şirkəti çox zaman Big Blue ("Mavi nəhəng") adlandırırlar. Baş qərargahı Armonkda (Nyu-York olan IBM dörd şirkətin birləşməsindən yaranıb. Onlardan biri – The Tabulating Machine Company tabulyatorların istehsalı ilə məşğul idi.
- 1935-ci ildə International Business Machines (IBM) şirkəti IBM-601 hesablayıcılarının geniş istehsalına başladı.
- 1937-ci ildə IBM şirkətinin mühəndisləri Howard Arken və Brown ilk avtomatik kompüterini düzəltdilər. Bu IBM-in ilk modeli olan MARK-I idi.
- 1956-cı ildə Massaçusets Texnologiya İnstitutunda tranzistor əsaslı ilk kompüter, "IBM" şirkəti tərəfindən isə ilk elektron informasiya daşıyıcısı "KAMAC-305" sərt diski yaradıldı.
- 1975-ci ildə ilk fərdi kompüter IBM 5100 İBM (IBM Portable Computer) şirkəti tərəfindən istehsal edilmişdi. Lakin IBM 5100 modelinin satışı uğursuzluğa uğramışdır. Monitorda hər biri 64 simvol olan 16 sətirdən ibarət informasiya əks olunurdu. Bu kompüterlər kiçik biznes sahələrində tətbiq üçün yaradılmışdı[7].
- 1980–1981 kompüterlərin kütləvi istehsalı tarixi IBM şirkətinin adıyla bağlıdır. Hazırlanmasına 1980-ci ilin iyulunda başlanılan IBM PC (ay-bi-em pi-si) 5150 modeli 1981-ci ilin 12 avqustunda meydana çıxdı.
Cəld faktlar Ümumi məlumatlar, Sənaye ...
IBM | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | proqram təminatı sənayesi[d], aparat təchizatı, informasiya texnologiyaları |
Məhsulları | proqram təminatı[1], data mərkəzi, Təkrarlayıcı perforator, DASD, aparat təchizatı, bulud hesablama |
Təsis tarixi | 16 iyun 1911 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Tərəfdaşlar | Red Hat[d][6] |
Rəhbərlik | |
Təsisçilər | |
ibm.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla