Harri Potter və Simurq Ordeni (roman)
From Wikipedia, the free encyclopedia
Harri Potter və Simurq Ordeni (ing. Harry Potter and the Order of the Phoenix) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan beşinci romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Cadugərlik məktəbi Hoqvartsda beşinci ili və gizli Simurq Ordeninin fəlaiyyətindən bəhs olunur. Roman ilk dəfə 21 iyun 2003-cü ildə Bloomsbury nəşriyyatı tərəfindən Birləşmiş Krallıqda, Scholastic nəşriyyatı tərəfindən ABŞ-də, Raincoast nəşriyyatı tərəfindən Kanadada nəşr edilmişdir. Kitab satışa çıxarıldıqdan sonra 24 saat ərzində 5 milyon nüsxə satılmışdır.[1] Harri Potter və Simurq Ordeni Harri Potter romanlar seriyasına daxil olan ən böyük həcmli romandır. Roman Azərbaycan dilində 2017-ci ildə Qanun nəşriyyatı tərəfindən çap edilmişdir.[2]
Bu məqalə "Harri Potter və Simurq Ordeni" romanı haqqındadır. Eyniadlı film haqqında məqalə üçün Harri Potter və Simurq Ordeni (film, 2007) səhifəsinə baxın. |
Harri Potter və Simurq ordeni | |
---|---|
Harry Potter and the Order of the Phoenix | |
Müəllif | Coan Roulinq |
Janr | Roman |
Orijinalın dili | ingiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 21 iyun, 2003 |
Tərcüməçi | Nərmin İskəndər |
Rəssam |
Jeyson Kokroft (BB) Meri QrandPri (ABŞ) |
Seriya | Harri Potter (romanlar seriyası) |
Nəşriyyat |
Bloomsbury Scholastic Raincoast Росмэн-Издат Qanun |
Səhifə |
766 (BB) 870 (ABŞ) 826 (Rusiya) 792 (Azərbaycan) |
Əvvəlki | Harri Potter və Alov Qədəhi |
Sonrakı | Harri Potter və Yarımqan Prins |
ISBN | ISBN 978-9952-36-418-7 |
Harri Potter və Simurq Ordeni bir neçə mükafata layiq görülmüş, həmçinin ABŞ Kitabxanalar Assosasiyası tərəfindən 2003-cü ilin Ən yaxşı yeniyetmə kitabı adlandırılmışdır. Romanın film uyğunlaşdırması 2007-ci ildə çıxarılmışdır. Electronic Arts tərəfindən roman əsasında oyun çıxarılmışdır.