Harri Potter və Fəlsəfə Daşı (film)
From Wikipedia, the free encyclopedia
"Harri Potter və Fəlsəfə Daşı" (ing. Harry Potter and the Philosopher's Stone ABŞ, Hindistan, Pakistan və Şri-Lankada isə Harry Potter and the Sorcerer's Stone[6][7]) — Kris Kolumbusun rejissorluğu və “Warner Bros. Pictures”in distribütorluğu ilə 2001-ci ildə istehsal olunmuş ABŞ fentezi filmidir.[4] Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasının ilk filminin ssenari müəllifi Stiv Klovz, prodüseri isə Devid Heymandır. Filmdə Harri Potterin Hoqvartsda ilk ili, məşhur sehrbaz olmasını öyrənməsi və sehrbazlıq təhsilinə başlaması təsvir edilib. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint Ron Uizli və Emma Uotson Hermiona Qreyncer obrazlarını canlandırmışdır. Filmdəki hadisələr “Harri Potter və Sirlər Otağı” filmindən başlayan yeddi sikvel filmlə davam etdirilmişdir.
Bu məqalə Harri Potter və Fəlsəfə Daşı filmi haqqındadır. Eyniadlı roman haqqında məqalə üçün Harri Potter və Fəlsəfə Daşı (roman) səhifəsinə baxın. |
Harri Potter və Fəlsəfə Daşı | |
---|---|
ing. Harry Potter and the Philosopher's Stone | |
| |
Janr | fentezi |
Rejissor | Kristofer Kolumbus |
Prodüser | Devid Heyman |
Əsərin müəllifi | Coan Roulinq |
Ssenari müəllifi | Stiven Klovz |
Baş rollarda |
Deniel Redkliff Rupert Qrint Emma Uotson |
Operator | Con Seyl |
Bəstəkar | Con Vilyams |
İstehsalçılar |
İşçi şirkət:Heyday Films, 1492 Pictures Distribütor:Warner Bros. |
Distribütor | Warner Bros.[1], Netflix, iTunes[d] |
İlk baxış tarixi |
4 noyabr 2001 (London premyerası) 16 noyabr 2001 (BK və ABŞ premyerası) |
Filmin digər adları | Harri Potter və Sehrbaz Daşı ing. Harry Potter and the Sorcerer's Stone |
Müddət | 152 dəq.[2] |
Büdcə | $125 000 000[3] |
Gəlir | $974 733 550[4] |
Ölkələr |
Birləşmiş Krallıq ABŞ |
Dil | İngiliscə |
İl | 2001 |
Sonrakı film | Harri Potter və Sirlər Otağı |
Rəng | rəngli |
Çəkiliş yeri | London Zooloji Parkı[5], Harrou Məktəbi[d][5] |
IMDb | ID0241527 |
Vikianbarda əlaqəli mediafayllar |
Warner Bros. kitabın müəllif hüquqlarını 1999-cü ildə £1 milyona almışdı. Filmin istehsalına 2000-ci ildə Birləşmiş Krallıqda başlanılmış və aralarında Stiven Spilberq və Rob Reynerin də olduğu qısa rejissorlar siyahısından məhz Kolumbus filmin rejissoru kimi seçilmişdi. Coan Roulinq kitabın mədəni bütövlüyünü saxlamaq üçün istisna olaraq yalnız britaniyalı və irlandiyalı aktyorların seçilməsini tələb etmişdi. Filmin çəkilişləri Leavesden Film Studiyasında və BK ərazisindəki tarixi binalarda aparılmışdır.
BK və ABŞ-də film 2001-ci ilin noyabrında çıxarılmışdır. Tənqidçilərdən əsasən müsbət rəylər alan film ümumilikdə $980 milyon gəlir əldə etmiş, Ən Yaxşı Orijinal Film Musiqisi, Ən Yaxşı Sənət Rejissorluğu və Ən Yaxşı Kostyum Dizaynı nominasiyalarında Oskar mükafatı da daxil olmaqla bir çox nüfuzlu mükafatlara namizəd göstərilmişdir. 2014-cü ilin avqustunda “Harri Potter və Fəlsəfə Daşı” filminin XXI əsrin ən çox gəlir gətirən filmləri sırasına daxil olduğu, Harri Potter filmlər seriyasında final filmi olan Harri Potter və Ölüm Hədiyyələri. II hissə filmindən sonra ən çox gəlir gətirən ikinci film olmuşdur.