Harri Potter (film seriyası)
J.K.Rowling tərəfindən yazılan Harri Potter kitablarının sinema versiyası / From Wikipedia, the free encyclopedia
Harri Potter (filmlər seriyası)— ingilis yazıçısı Coan Roulinq (orijinal — Joanne Kathleen Rowling) tərəfindən yazılmış fantaziya romanları seriyası əsasında çəkilmiş Böyük Britaniya – ABŞ istehsalı olan filmlər seriyasıdır.
Bu məqalə Harri Potter (filmlər seriyası) haqqındadır. Eyniadlı roman haqqında məqalə üçün Harri Potter səhifəsinə baxın. |
Harri Potter (filmlər seriyası) | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Harry Potter | ||||||||||
| ||||||||||
Janr | fentezi | |||||||||
Əsas mövzu | magiya, məktəb, qəsr | |||||||||
Rejissorlar |
Kris Kolambus (1-2) Alfonso Kuaron (3) Mayk Nyuell (4) Devid Yeyts (5-8) |
|||||||||
Prodüserlər |
Devid Heyman Kris Kolumbus (3) Mark Redkliff (3) Devid Barron (5-8) Coan Roulinq (7-8) |
|||||||||
Əsərin müəllifi | Coan Roulinq | |||||||||
Ssenari müəllifləri |
Stiven Klovz (1-4,6-8 ) Maykl Qoldenberq (5) |
|||||||||
Baş rollarda |
Deniel Redkliff Rupert Qrint Emma Uotson |
|||||||||
Operatorlar |
Con Seyl (1) Rocer Pratt (2, 4) Maykl Serezin (3) Slavomir İdziak (5) Bruno Delbonnel (6) Eduardo Serra (7-8) |
|||||||||
Bəstəkarlar |
Con Vilyams (1-3) Patrik Doyl (4) Nikolas Huper (5-6) Aleksandr Desplat (7-8) |
|||||||||
İstehsalçılar |
İşçi şirkət:Heyday Films, |
|||||||||
Distribütor | Warner Bros. | |||||||||
İlk baxış tarixi |
4 noyabr 2001 (London premyerası) 16 noyabr 2001 (BK və ABŞ premyerası) |
|||||||||
Müddət | 1179 dəqiqə [1] | |||||||||
Büdcə |
Cəmi (8 film) 1.2 milyard $ |
|||||||||
Gəlir |
Cəmi (8 film) 7.7 milyard $ |
|||||||||
Ölkələr |
Birləşmiş Krallıq ABŞ |
|||||||||
Dil | orijinal İngiliscə | |||||||||
İl | 2001 —2011 | |||||||||
Rəng | rəngli | |||||||||
IMDb | ID0241527 | |||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Serial Warner Bros. Pictures tərəfindən yayımlanıb, Coan Roulinqin 7 eyniadlı romanı əsasında çəkilmiş 8 fantastik filmdən ibarətdir. Harri Potter və Fəlsəfə Daşı seriyasından başlayır, Harri Potter və Ölüm Hədiyyələri-II hissə seriyasında kulminasiya nöqtəsinə çatır[2] [3].
Filmlərin çəkilişi on ildən artıq davam edib[4].
Harri Potter və Ölüm Hədiyyələri seriyada 7-ci (və sonuncu) romandır, onun əsasında iki hissə film (2 seriya) çəkilib[5]. Harri Potter və Ölüm Hədiyyələri – I hissə 2010-cu ilin noyabr ayında və II hissə isə 2011-ci ilin iyul ayında buraxıldı[6][7].
Serialın səkkiz filmdən altısı bu vaxta kimi çəkilmiş 50 ən yaxşı filmlər sırasındadır. Harri Potter və Ölüm hədiyyələri — II hissə ən azı 1 milyard dollar gəlir gətirən 31 dünya filmləri siyahısına daxildir (reytinq üzrə 8-ci yeri tutur) [8].
Filmin ən baha başa gələn seriyası 6-cı seriyadır ("Harri Potter və Mələz Şahzadə"), 250 milyon dollar sərf olunub. Ən gəlirli hissə isə romanın sonuncu kitabı əsasında çəkilən filmlərdir ("Harri Potter və Ölüm Hədiyyələri"), sonuncu iki seriyanın çəkilişi birlikdə 250 milyon dollardan az xərc tələb edib, lakin birlikdə 2 milyard 300 milyon dollar gəlir gətirib.
Harri Potter (filmlər seriyası) bütünlükdə 7,7 milyard dollar məbləğində gəlir gətirib və bununla da dünya üzrə yüksəkgəlirli seriallar arasında ikinci yeru tutur.
Filmin əsas mövzusu olan sehrbazlıq ətrafında daha bir neçə filmin çəkilməsi planlaşdırılır ki, onlardan biri – Fantastik varlıqlar və onların məskəni filmi artıq 2016-cı ildə prokata buraxılıb (Bu film Warner Bros. Pictures tərəfindən Wizarding World (Sehrli aləm) fentezi filmlər franşizinin yarandığını təsdiq etdi).[9]