Hacı Əliyev
Azərbaycanlı sərbəst güləşçi / From Wikipedia, the free encyclopedia
Hacı Azər oğlu Əliyev (21 aprel 1991, Naxçıvan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Hacı Əliyev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal, 2020-ci ildə Yaponiyanın Tokio şəhərinin ev sahibliyində baş tutan XXXII Yay Olimpiya Oyunlarında isə gümüş medala sahib olub.
Hacı Əliyev | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Hacı Azər oğlu Əliyev | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 21 aprel 1991(1991-04-21) (33 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 170 sm. (5 ft 7 in) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Güləş | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 1999–h. h. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Qırxlar Bədəlov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Komandası | Neftçi İdman Klubu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
Hacı Əliyev həmçinin 2014-cü ildə Özbəkistanın Daşkənd şəhərində baş tutan Dünya Çempionatının, 2015-ci ildə Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatının və 2017-ci ildə Fransanın Paris şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Bununla da o, üç dəfə Dünya Çempionatının qızıl medalına sahib olan birinci və yeganə Azərbaycan güləşçisi olub.
2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının bürünc medalına, 2019-cu ildə Belarusda isə II Avropa Oyunlarının qızıl medalına sahib olan Hacı Əliyev, 2014, 2018, 2019 və 2023-cü illərdə Avropa Çempionatının qızıl medallarını da qazanıb. Bununla da Hacı Əliyev dörd dəfə Avropa Çempionatının qalibi olan birinci və yeganə Azərbaycan sərbəst güləşçisidir. Hacı Əliyev həm də 2017 və 2021-ci illərdə İslam Həmrəyliyi Oyunlarının da qalibi olub.
Hacı Əliyev Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə,[1] 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə,[2] 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[3]
Karyerası ərzində 48 beynəlxalq yarışa qatılan Hacı Əliyev onların 15-də qızıl medal, 10-da gümüş medal, 14-də isə bürünc medal qazanıb. Hacı Əliyev həmçinin Dövlət Sərhəd Xidmətinin zabitidir.