Fumiko Ençi
From Wikipedia, the free encyclopedia
Fumiko Ençi (yap. 円地 文子; 2 oktyabr 1905[1][2][…], Asakusa[d] – 12 noyabr 1986[3] və ya 14 noyabr 1986[4], Tokio) və ya digər adı ilə Fumiko Ueda – Yaponiya yazıçısı, dramatuqu və klassika tənqidçisi. Əsərlərinin əsas mövzusu qadınlardır.
Fumiko Ençi | |
---|---|
yap. 円地文子 | |
Doğum tarixi | 2 oktyabr 1905(1905-10-02)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 noyabr 1986(1986-11-12)[3] (81 yaşında) və ya 14 noyabr 1986(1986-11-14)[4] (81 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı, roman yazıçısı, dramaturq |
Yazıçı kimi 1950-ci illərdə tanınmağa başlayıb. İkinci dünya müharibəsindən öncə isə bir sıra tamaşalar yazmışdır. Yazıçı qadın psixikasına olan yanaşması və müasir dövrün nəqlinə klassik allüziyaları ilə tanınır. Klassik ədəbiyyatın araşdırmaçısı olan Ençi "Gencinin hekayəsi" romanını müasir yapon dilinə tərcümə etmiş, bir çox tənqidi işlərin və esselərin müəllifi olmuşdur. Ən tanınan romanları "Qadın maskaları" və "Gözlənti illəri"dir. 1985-ci ildə fəaliyyətlərinə görə "Mədəniyyət ordeni" ilə təltif edilib.