Fleş (Barri Allen)
DC superqəhrəmanı / From Wikipedia, the free encyclopedia
Bartolomey Henri Allen (ing. Bartholomew Henry Allen) — DC Comics tərəfindən nəşr edilən komikslərdə peyda olan uydurma superqəhrəman. İlk dəfə Showcase #4 (oktyabr 1956) komiksində təqdim edilən personaj Robert Kaniger və Karmayn İnfantino tərəfindən yaradılmışdır.[2] Barri Allen, 1940-cı illərdə Cey Qarrik adı ilə təqdim edilmiş Fleş adlı superqəhrəman adını daşıyan ikinci şəxsdir. Onun gücü əsasən superinsan sürəti ilə bağlıdır. Personajın digər bacarıqları, o cümlədən vibrasiya yaradaraq əşyaların içindən keçməsi, molekullarının silkələnməsinə nəzarət etmə qabiliyyəti ilə əlaqəlidir. Fleşin geyindiyi parlaq qırmızı və qızılı rəngli kostyum küləyin təsiri və sürtülməyə qarşı davamlı materialdan hazırlanmışdır.
Barri Allen | |
---|---|
ing. Barry Allen | |
Nəşriyyat | DC Comics |
Yayım tarixi |
"Showcase #4" (oktyabr 1956)[1] |
Yaradıcı(lar) |
Robert Kanayer Karmayn İnfantino |
Xüsusiyyətlər | |
Əsl adı | Bartalamey Henri "Barri" Allen |
Doğum yeri | Sentral-siti |
Cinsiyyəti | kişi |
Boyu | 180 sm[1] |
Çəkisi | 81 kq[1] |
Göz rəngi | mavi[1] |
Saç rəngi | sarı[1] |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Kainat | yaxşı[1] |
Üzvlükləri |
Fleş ailəsi Ədalət Liqası Mavi Fənərlər Korpusu (yalnız Blackest Night seriyasında) |
Partnyorları |
Spidsterlər: Fleş (Cey Qarrik) Körpə Fleş Uolli Vest Digər superqəhrəmanlar: Hel Cordan Yaşıl Ox Betmen Supermen Ecazkar qadın |
Düşmənləri |
Eobard Toun Kapitan Soyuq Kapitan Bumeranq Zum |
Ləqəbləri | Dünyanın ən sürətli adamı |
Gücləri |
İşıq sürətindən daha böyük sürət yığmaq Digər spidsterlərin sürətini almaq və ya öz sürətini onlara vermək Sürət Gücünün müdafiə sahəsi Zaman səyahəti etmək Sonsuz kütlə zərbəsi endirmək Bədəninin molekullarına nəzarət Şimşək atmaq Sürətli regenerasiya Güclü beyin aktivliyi Fırtına yaratmaq Uçuş (Parallaks gücü ilə) Yavaşladılmış qocalma Su üzərində və divarda qaçma bacarığı Müxtəlif obyektlər və səddlərdən keçmə Hipermetabolizm Müvəqqətin reliktlərini yaratmaq bacarığı Dünyalar arasında səyahət Aurası ətrafında sürət gücü yaratmaq bacarığı |
Barri Allenin klassik hekayələrində ilk dəfə DC Comicsin Multikainat nəzəriyyəsi təqdim olunmuş və sonrakı on illər ərzində DC hekayə xəttləri ardıcıllıqlarının yenilənməsi zamanı həmin nəzəriyyə böyük rol oynamışdır. Barri Allen həmişə DC-nin əhəmiyyətli yenidən yükləmələrində mühüm rol oynamış, "Sonsuz dünyalarda böhran" #8 (noyabr, 1985) nəşrində Multikainatı xilas etmək üçün özünü qurban verərək ölmüş və 23 il müddətində DC-nin adi sihahılarından silinmişdir. Personajın qayıdışı Qrant Morrisonun "Sonuncu böhran: Əclafların qisası" #3 (noyabr, 2008) krossoverində baş vermiş və burda onun bir bulanlıq təsviri yer almışdır. Tam həcmli qayıdış isə Ceff Consun "Fleş: Yenidən doğulma" #1 nəşri ilə başlayan altı nəşrlik limitli seriyası ilə baş tutmuşdur. Bundan sonra Barri Allen "Qaranlıq gecə" (2009), "Fleşpoint" (2011), "Konvergensiya" (2015) və "DC Rebirth" (2016) krossover hekayələrində açar rolunu oynamışdır.
Personaj həm də müxtəlif media sahələrinə uyğunlaşdırılmışdır. 1990-cı illərdə CBS telekanalının istehsal etdiyi "Fleş" teleserialında Barri Allen rolunu Con Uizli Şipp, 2014-cü ildən The CW telekanalında yayımlanan "Fleş" teleserialında isə həmin rolu Qrant Qastin canlandırmışdır. Alan Tudik, Corc İds, Ceyms Arnold Teylor, Taliesin Yaffe, DVayt Şultz, Maykl Rozenbaum, Nil Patrik Harris, Castin Çambers, Kristofer Qoram, Coş Kiton, Adam DeVayn və başqaları personajı müxtəlif animasiya filmləri və seriallarında səsləndirmişlər. DC Genişləndirilmiş Kainatına daxil olan "Betmen Supermenə qarşı", "İntiharçılar dəstəsi" və "Ədalət Liqası" filmlərində Barri Allen rolu Ezra Miller tərəfindən canlandırılmışdır.