Fantastik dördlük (film, 2015)
From Wikipedia, the free encyclopedia
Fantastik dördlük (ing. Fantastic Four və ya Fant4stic; rus. Фантастическая четвёрка) — Marvel Comics nəşriyyatının eyniadlı komandasından bəhs edən 2015-ci il istehsalı fantastik film. Bu film 20th Century Fox tərəfindən çəkilmiş 3-cü Fantastik dördlük filmi olsa da, bu filmdə hadisələr yenidən işlənib. Filmin rejissoru Coş Trank, ssenaristləri isə Ceremi Slater, Trank və Simon Kinberqdir. Filmin baş rollarında Maylz Teller, Maykl Cordan, Keyt Mara, Tobi Kebbel, Req Katey və Tim Bleyk Nelson oynamışdır. Filmin ssenarisinə görə Fantastik dördlük komandası düşmənə çevrilmiş dostlarını dayandıraraq Yeri alternativ dünyadan qorumalıdırlar.
Fantastik dördlük | |
---|---|
Fantastic Four | |
Janr | superqəhrəman filmi, döyüş filmi[1][2][…], elmi-fantastika filmi[1][2], macəra filmi[1][2], fentezi filmi[d] |
Rejissor | Coş Trank |
Prodüserlər |
Simon Kinberq Metyu Von Hatç Parker Robert Kulzer Qreqori Qudman |
Əsərin müəllifləri |
Sten Li Cek Körbi |
Ssenari müəllifləri |
Ceremi Sleyter Simon Kinberq Coş Trank |
Baş rollarda |
Maylz Teller Maykl Bakari Cordan Keyt Mara Ceymi Bell Tobi Kebbell Req Katey Tim Bleyk Nelson |
Bəstəkarlar |
Marko Beltrami Filipp Qlass |
İstehsalçılar |
20th Century Fox Marvel Entertainment Marv Films Constantin Film 1492 Pictures Robert Kulzar Productions TSG Entertainment |
Distribütor | 20th Century Fox, InterCom[d][3][4], Disney+ |
İlk baxış tarixi |
4 avqust 2015 (premyera, Nyu York) 7 avqust 2015 (Şimali Amerika) 20 avqust 2015 (Azərbaycan) |
Filmin növü | fantastika |
Müddət | 100 dəqiqə |
Büdcə | 120 milyon $ |
Gəlir | 155,9 milyon $[5] |
Ölkə | ABŞ |
Dil | ingilis |
Sonrakı film | Fantastik dördlük 2 |
Rəng | rəngli |
IMDb | ID1502712 |
Vikianbarda əlaqəli mediafayllar |
Film üzərində işlər 2009-cu ildə başlamışdır. Əsas çəkilişlər may-avqust 2014-cü ildə baş tutmuşdur. Çəkilişlər Luizianada, Baton Rujda həyata keçirilmişdir. Filmin premyerası 2015-ci ilin 4 avqustunda Nyu Yorkda olmuşdur və 7 avqustda ABŞ-də kinoteatrlarda göstərilməyə başlanmışdır. Tələskən hekayəsinə, komiksdəkindən daha fərqli ssenarisinə və döyüş səhnələrinin az olmasına görə film tənqidçilərdən mənfi rəylər almışdır. Kinoteatrlarda göstərildiyi ilk həftədə cəmi 26,2 milyon $ gəlir gətirmişdir. Davam filmi olan "Fantastik dördlük 2"-nin 2017-ci ilin 9 iyununda tamamlanacağı planlaşdırılır.