Faker
From Wikipedia, the free encyclopedia
Li San Hyok (kor. 이상혁; 7 may 1996[1], Seul) və ya daha çox tanınan adı ilə Faker (kor. 페이커) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Əvvəlcə Koreya serverində GoJeonPa adı ilə çıxış edən Faker 2013-cü ildə "T1" klubuna cəlb edilmişdir və o vaxtdan komandanın orta koridor oyunçusudur.[2][3] Bütün dövrlərin ən yaxşı League of Legends oyunçusu hesab olunur.[4]
Faker | |
---|---|
이상혁 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | (28 yaş) Seul, Cənubi Koreya |
Ölkə | Cənubi Koreya |
Karyera məlumatı | |
Status | aktiv |
Oyunlar | League of Legends |
Rol | orta koridor |
Qazanc məbləği | 1,254,240.23 ABŞ dolları |
Karyera keçmişi | |
2013-2014 | SK Telecom T1 K |
2014-hazırda | T1 |
Karyera məqamları və mükafatları | |
| |
Faker yüksək mexaniki bacarıqları və çoxistiqamətli çempion hovuzuna görə tanınır. Leblank, Zed, Sindra, Azir, Ahri və Rayz ilə performansları məşhurdur.[5] Koreya çempionatında 1000 və 2000 öldürmə sərhədlərinə çatan ilk oyunçu, 500 oyun keçirən ikinci oyunu, 600 oyun keçirən isə ilk oyunçudur.[6]
Faker League of Legends Dünya Çempionatını 3 dəfə qazanan iki oyunçudan biridir (2013, 2015, 2016). Dünya çempionatından əlavə 2014-cü ildə All-Star Paris, 2016 və 2017-ci illərdə Mövsümarası Dəvəti, 2016-cı ildə isə IEM turnirini qazanmışdır. Faker indiyə kimi turnirlərdən 1,254,240.23 ABŞ dolları qazanmışdır və bu, onu ən çox gəlir əldə edən 64-cü e-idmançı edir. Dünya çempionatlarında qalib gəldiyi üçün oyunda ona aid 3 kostyum var: SKT T1 Zed (2013), SKT T1 Rayz (2015), SKT T1 Sindra (2016).
2020-ci ilin əvvəlində T1 Entertainment & Sports şirkətinin sahiblərindən biri olmuşdur.[7]