Etiraf (film, 2011)
From Wikipedia, the free encyclopedia
«Etiraf» (fr. Elles) — Polşalı rejissor Malojata Şumovskanın 2011-ci ildə çəkilmiş filmi. Film Elle jurnalında işləyən və qadın fahişəliyindən yazan jurnalist qadın Annadan (Jülyet Binoş) bəhs edir. Baxmayaraq ki, gənc qızlar reklamda maraqlı deyillər, Anna iki tələbəni intervyu verməyə sövq edə bilir: onlardan biri Alisiya (Coanna Kuliq) — ambissiyalı iqtisadiyyat fakültəsində təhsil alan qızdı. O anadan olduğu Polşanı tərk edərək, Fransaya təhsil almağa gəlmişdi. Digəri isə Şarlottadır (Anais Demustye). O əyalətdən uzaqlaşmaq üçün Parisə gəlmişdi.
Etiraf Elles | |
---|---|
fr. Elles | |
Janr |
Dram filmi erotik film |
Rejissor | Malqojata Şumovska |
Baş rollarda |
Jülyet Binoş Anais Demüstye |
Operator | Mixail Enqlert |
Bəstəkar | Pavel Mıketın |
Rəssamlar |
Polin Burdon Katajina Levinska |
Distribütor | Netflix |
İlk baxış tarixi | 9 sentyabr 2011, 29 mart 2012[1], 1 mart 2012[2] |
Filmin növü |
Bədii film [18+] |
Müddət | 99 dəq. |
Büdcə | 40 mln $ |
Ölkələr |
Fransa Polşa Almaniya |
Dillər |
Fransızca Polyakca |
İl | 9 sentyabr 2011 |
Rəng | rəngli |
Çəkiliş yeri | Köln |
IMDb | ID1549589 |
Malqojata Şumovskanın "Etiraf" erotik drama filmi əsl fransız üslubunda nəinki hələ qədim zamanlardan bəri mövcud olmuş satılmış sevgi problemini, həmçinin kişilərin öz həyat yoldaşlarına xəyanətini bütün açıq-saçıqlıqla nümayiş etdirilmişdi. Filmdə əsasən musiqi səslənilmir, yalnız bəzən situasiyanın psixologizmini gücləndirmək üçün klassik melodiyalar aşağı səslə verilir. Filmin yaş məhdudiyyəti 18+, bu da filmdə açıq səhnələrin çox olması ilə anlanmaq olar.