Emirates kuboku 2011
From Wikipedia, the free encyclopedia
Emirates kuboku 2011 - 2011-cu ildə keçirilən sayca 5-ci Emirates kuboku. 30 iyul-31 iyul tarixləri arasında keçirilmişdir. Bütün oyunlar Londonun Emirates stadionunda baş tutmuşdur. Turnirdə Fransanın PSJ (2-ci dəfə), ABŞ-nin Nyu-York Red Buls, Argentinanın Boka Xuniors və təşkilatçı Arsenal klubları iştirak etmişdirlər.[1] İlk dəfə turnirə Avropanın xaricindən klublar dəvət olunmuşdur. Nyu York Red Buls ilə Boka Xuniors və Arsenal ilə PSJ aralarında oyun keçirməmişdirlər. Turnirin qalibi Nyu York Red Buls olmuşdur və kuboku qazanan ilk qeyri-Avropa klubu olmuşdur.