Eminem
ABŞ repçisi / From Wikipedia, the free encyclopedia
Eminem (əsl adı: Marşall Brüs Meters III; 17 oktyabr 1972[1][2][…], Sent-Cozef, Missuri, ABŞ[1][2]) — ABŞ repçisi. O, hip-hop janrını Orta Amerikada populyarlaşdırıb və indiyə qədərki ən yaxşı repçilərdən biri hesab olunur. Bəziləri inanır ki, onun uğuru ağdərili repçilər üçün musiqi sənayesində qapılar açıb. Eminem 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Amerikanın aşağı təbəqəsinin mübarizəsini əks etdirən mübahisəli transaqressiv əsərlərinə görə tanınır. Müxtəlif janrlarda olan bir çox musiqiçi ondan ilham alıb və onun təsirini geniş şəkildə qəbul edir. Eminem dörd "Brit" və on beş "Qremmi" mükafatı laureatıdır.
Eminem | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Marshall Bruce Mathers III |
Doğum tarixi | 17 oktyabr 1972(1972-10-17)[1][2][…] (51 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Uşağı | 3[3] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, mahnı yazarı[d], musiqi prodüseri, musiqi şirkəti idarəçisi[d], aktyor, kino aktyoru, iş adamı, təşəbbüskar, müğənni |
Fəaliyyət illəri | 1988-ci ildən |
Janrlar | hip-hop[d], hardkor hip-hop[d], horrorkor[d] |
Səs tembri | tenor[4] |
Albom şirkətləri | Interscope Records, Aftermath Entertainment |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
eminem.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Eminem ilk albomu olan "Infinite"-ı 1996-cı ildə çıxarıb, bundan bir il sonra 1997-ci ildə "Slim Shady EP" adlı mini-albom təqdim etmişdir. Eminem bu iki buraxılışından sonra Dr. Dre-nin Aftermath Entertainment leyblı ilə müqavilə bağlamışdır. O, 1999-cu ildə buraxdığı albomu "The Slim Shady LP" sayəsində məşhurlaşır. Eminemin növbəti iki albomu, "The Marshall Mathers LP" (2000) və "The Eminem Show" (2002) bütün dünyada böyük hit olur və hər ikisi "İlin Albomuna görə" ona "Qremmi" mükafatı qazandırır. 2004-cü ildə Eminem "Encore" albomunu çıxardıqdan sonra dərman asılılığı səbəbindən musiqiyə fasilə verir. Dörd ildən sonra 2009-cu ildə musiqi sənayesinə qayıdaraq "Relapse" və "Recovery" albomlarını təqdim edir. İkincisi 2010-cu ildə dünyada ən çox satılan alboma çevrilir. Bu, 2002-ci ildə "The Eminem Show"-dan sonra Eminemin bu uğura nail olan ikinci albomu olmuşdur.
Eminem 2002-ci ildə musiqili dram filmi "8 mil"də baş rola çəkilmişdir. Bu filmdə özünün uydurma versiyasını ifa edir. Onun filmdə səsləndirdiyi "Lose Yourself" mahnısı ABŞ-də musiqi cərgələrinə başçılıq edirdi. Bu üstəlik sənətçiyə "Ən Yaxşı Orijinal Mahnı" nominasiyasında "Oskar" mükafatı qazandırmışdır. Bu, onu bu şərəfə çatan ilk hip-hop sənətçisi etmişdir.