Edvin Danninq
From Wikipedia, the free encyclopedia
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Edvin.
Edvin Danninq (ing. Squadron Commander Edwin Harris Dunning; 17 iyul 1892[1], CAR – 7 avqust 1917) — Krallıq donanmasının Hava Qüvvələrində xidmət etmiş ingilis əsilli pilot. Edvin Danninq hərəkət vəziyyətində olan gəmiyə təyyarə endirməyə çalışmış və ilk cəhdən buna nail olmuş ilk pilot kimi tarixə keçmişdir.
Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Edvin Danninq | |
---|---|
ing. Squadron Commander Edwin Harris Dunning | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cənubi Afrika |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Orkney adaları, Şotlandiya |
Vəfat səbəbi | boğulma |
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | İngilis |
Qoşun növü | Krallıq donanmasının Hava Qüvvələri |
Xidmət illəri | - 1917 |
Rütbəsi | Mayor |
Döyüşlər | Birinci Dünya Müharibəsi |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Danninq 1917-ci ilin 2 avqust tarixində Krallıq donanmasına məxsus HMS Furious aviadaşıyıcısına idarə etdiyi Sopwith Pup tipli kiçik mühərrikli təyyarəsini uğurla endirmişdir. 5 gündən sonra, 7 avqust tarixində oxşar cəhdin təkrarlanması zamanı pilot təyyarənin idarəetməsini itirmiş və Sopwith Pup okeana düşmüşdür. Faciə nəticəsində Edvin Danninq boğularaq ölmüşdür.