Dəmirçi (Sədərək)
Azərbaycanın Sədərək rayonunda kənd / From Wikipedia, the free encyclopedia
Dəmirçi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 23 fevral 2021-ci il tarixli, 275-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilmiş, Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilmişdir.[2]
Dəmirçi | |
---|---|
39°36′39″ şm. e. 44°56′03″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|