Dəmir adam 2
From Wikipedia, the free encyclopedia
Dəmir adam 2 (ing. Iron Man 2) – Marvel Studios tərəfindən istehsal olunmuş, Marvel Comics personajı Dəmir adam komikslərinə əsaslanan 2010-cu il ABŞ superqəhrəmanlıq filmi. 2008-ci il istehsalı "Dəmir adam" filminə sikveldir, Marvel Kinematoqrafiya Kainatının isə 3-cü filmidir. Con Favronun rejissorluğu və Castin Terunun ssenaristliyi ilə istehsal olunmuş filmin əsas rollarını Robert Dauni, Qvinet Peltrou, Don Çidl, Skarlet Yohansson, Sem Rokuell, Mikki Rurk və Samuel Lorey Cekson canlandırırlar. "Dəmir adam" filmindəki hadisələrdən 6 ay sonra Toni Stark ABŞ hökumətinin Dəmir adam texnologiyasını almaq cəhdləri ilə, eləcə də, sinəsində ark reaktorunun səbəb olduğu sağlamlıq problemi ilə üzləşir. Eyni zamanda, rus alim İvan Vanko Stark ailəsindən qisas almaq üçün eyni texnologiyanı hazırlayır və silahlar istehsal edir, Starkın rəqibi Castin Hammerə qoşulur.
Dəmir adam 2 | |
---|---|
ing. Iron Man 2 | |
| |
Janr | superqəhrəmanlıq |
Rejissor | Con Favro |
Prodüser | Kevin Fayqi |
İcraçı prodüserlər | Con Favro[d][1], Sten Li[1] |
Əsərin müəllifləri | Sten Li, Larri Liber, Don Hek və Cek Körbinin "Dəmir adam" komiksləri |
Ssenari müəllifi | Castin Teru |
Baş rollarda | Robert Dauni, Qvinet Peltrou, Don Çidl, Skarlet Yohansson, Sem Rokuell, Mikki Rurk, Samuel Leroy Cekson |
Operator | Metyü Libatik |
Bəstəkar | Con Debni |
Montajçı | Den Lebental[d] |
İstehsalçılar |
Marvel Studios, Fairview Entertainment Distribütor: Paramount Pictures[N 1] |
Distribütor | Paramount Pictures, Disney+, Walt Disney Studios Motion Pictures[d] |
İlk baxış tarixi |
26 aprel 2010 (El Kapitan teatrı) 7 may 2010 (ABŞ) |
Müddət | 125 dəq.[5] |
Büdcə | 170-200 milyon $[6][7] |
Gəlir | 623,9 milyon $[7] |
Ölkələr | ABŞ |
Dil | ingilis |
Əvvəlki film | Dəmir adam |
Sonrakı film | Dəmir adam 3 |
Rəng | rəngli |
Çəkiliş yeri | Edvards[d][8], Los-Anceles |
IMDb | ID1228705 |
Vikianbarda əlaqəli mediafayllar |
2008-ci ilin mayında "Dəmir adam" filminin uğurlu buraxılışından sonra Marvel Studios dərhal sikvel anons etmiş və üzərində işləməyə başlamışdır. Həmin ilin iyulunda Tero ssenarini yazmaq, Favro isə yenə rejissorluq etməklə vəzifələndirilmişdir. Dauni, Peltrou və Cekson əvvəlki filmdəki rollarını yenidən canlandırsalar da, Çidl Terrens Hovardı Ceyms Rods rolunda əvəz etmişdir. 2009-cu ilin ilk aylarında Rurk, Rokuell və Yohansson da filmin aktyor heyətinə qatılmış, həmin ilin aprel-iyul aylarında çəkilişlər baş tutmuşdur. Əvvəlki film kimi bu filmin də böyük hissəsinin çəkilişləri Kaliforniyada baş tutmuş, təkcə bir səhnə Monakoda çəkilmişdir.
"Dəmir adam 2" filminin premyerası 26 aprel 2010-cu ildə El Kapitan teatrında, 7 may 2010-cu ildə isə bütün ABŞ-də baş tutmuşdur. Film ümumilikdə müsbət rəylər qazanmış, Dauninin performansı, döyüş səhnələri bəyənilmişdir. Lakin film baş cinayətkara və ağır irəliləməsinə görə tənqid etmiş, əvvəlki filmin altında qaldığını ifadə etmişdirlər. Film bütün dünyada 623,9 milyon ABŞ dolları gəlir etmiş, 2010-cu ilin ən çox gəlir əldə edən 7-ci filmi olmuş, Ən yaxşı vizual effektlər kateqoriyası üzrə Oskar mükafatı namizədi olmuşdur. Dəmir adam seriyasının 3-cü filmi "Dəmir adam 3" 3 may 2013-cü ildə buraxılmışdır.