Drakulanın ölümü (film, 1921)
From Wikipedia, the free encyclopedia
"Drakula" və ya "Drakulanın ölümü" (mac. Drakula halála) — 1921-ci ildə istehsal olunmuş qısametrajlı Macarıstan filmidir. Film macar rejissoru Karol Laythay tərəfindən çəkilmişdir. Film janrına görə qorxu filmləri siyahısına daxildir. Film irland yazıçısı Brem Stoker tərəfindən yazılmış və orijinal adı "Drakula" olan romanın[2] uyğunlaşdırması deyildir. Mövzu olaraq, Transilvaniyalı Qraf Drakula haqqında məlumatları əhatə edir. Filmdə bir qadının Drakula ilə başından keçən ürküdücü hadisələr izah edilməkdədir. Film "İtirilmiş filmlər" siyahısına daxildir. Dünyada Rusiyada 1920-ci ildə "Qraf Drakula" haqqında çəkilən "Drakula" filmindən sonra bu mövzuda ikinci filmdir. "Drakula" filmin çıxışı ilk dəfə 1921-ci ildə Macarıstanda baş tutmuşdur. Amma bu filmdən əvvəl "Qraf Drakula" haqqında ilk film 1920-ci ildə Rusiyada çəkilmişdir.[3] "Drakulanın ölümü" filmində Qraf Drakula rolunda Paul Askonas, Meri Lend rolunda isə Marqit Lyuks çıxış etmişdir. Bir sıra mənbə Meri Lend rolunda serb aktrisası Lena Milin oynadığını göstərir. Lakin saxlanılmış kadrlardan görünür ki, Meri Lend rolunda yalnız Marqit Lyuks vardır. 1924-cü ildə "Drakulanın ölümü" filminin əsasında Layoş Pançell povest hazırlamışdır. Məhz bu povestə görə filmin orijinal ssenarisini təsəvvür etmək mümkündür.[4][5]
Drakulanın ölümü | |
---|---|
mac. Drakula halála | |
Janr | Qorxu filmi |
Rejissor | Karol Laythay |
Ssenari müəllifləri |
Karol Laythay Kertes Kaminer Mihay |
Operator | Eduard Hoesch |
İlk baxış tarixi | fevral 1921[1] |
Filmin növü | Triller filmi |
Müddət | 65 dəq. |
Ölkələr |
Macarıstan Avstriya Fransa |
Dil | Səssiz film |
İl | 1921 |
Rəng | Ağ-qara |
IMDb | ID0240464 |
Vikianbarda əlaqəli mediafayllar |