Doodle Jump
From Wikipedia, the free encyclopedia
Doodle Jump — Xorvatiyanın Lima Sky videooyun şirkəti tərəfindən Windows Phone, BlackBerry, Android, Java Mobile, Nokia Symbian və Xbox 360[1] kimi platformalar üçün hazırlanan videooyun. İlk dəfə 2009-cu ilin 16 aprelində iOS qurğular üçün buraxılmışdır. Daha sonra oyunun 2 mart 2010-cu ildə Android və BlackBerry üçün, 1 may 2010-cu ildə Symbian üçün, 1 iyun 2011-ci ildə Windows Phone üçün, 1 sentyabr 2011-ci ildə iPad[2][3] üçün olan versiyaları çıxmışdır. Oyun yaxşı rəylər almışdır. Sunflat Games tərəfindən hazırlanan PaiJump oyununda personajlar və oyunun quruluşu bu oyundan ilhamlanaraq yaradılmışdır. Hazırda oyun 9 platformada oynana bilinir.
Doodle Jump | |
---|---|
Hazırlayan | Lima Sky |
Buraxılış tarixi |
iOS: 6 aprel 2006 Android: 2 mart 2010 Symbian: 1 may 2010 Windows Phone 7: 1 iyun 2011 Windows Phone 8: 21 avqust 2013 Xbox 360: 28 iyun 2013 Nintendo 3DS/DS: 29 oktyabr 2013 |
Janrlar | platforma |
Texniki məlumat | |
Platformalar |
Android BlackBerry iOS Symbian Java ME Xbox Kinect Windows Phone Nintendo DS Nintendo 3DS Arcade |
Oyun rejimləri | təkoyunçulu, multiplayer |
Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | klaviatura, sensor, siçan |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Doodle Jump App Store-də 4 ay ardıcıl gündə 25.000 dəfə yüklənməsindən sonra məşhurlaşmışdır. iTunes və Google Playdan 10 milyon, ümumilikdə isə 15 milyon dəfə yüklənmişdir.[4] Xorvat İqor və Marko Pusenyak oyunun yaradıcılarıdır.