Dolbear qanunu
From Wikipedia, the free encyclopedia
Dolbear qanunu – havanın temperaturu ilə çəyirtkələrin cırıldama sayı arasında əlaqəni göstərən qanun.[1][2] Qanunun düsturu Eymos Dolbear tərəfindən təklif olunmuş və 1897-ci ildə "Çəyirtkələr termometr kimi" adlı məqalədə nəşr olunmuşdur.[3] Dolbeardan öncə 1881-ci ildə Marqaret Bruks çəyirtkələrin cırıldaması ilə temperatur arasında əlaqəni müşahidə etmişdir, lakin onun araşdırması Dolbearə qədər diqqətə alınmamışdır.[2]
Dolbear hansı çəyirtkə növü üzərində müşahidə apardığını qeyd etməsə də, tədqiqatçıların fikrincə qarlı ağac çəyirtkəsini (Oecanthus niveus) nəzərdə tutduğunu güman etmişdir.[1][2] Lakin ilkin məqalələrdə qarlı ağac çəyirtkəsi səhvən Oecanthus niveus olaraq adlandırılmışdı, növün düzgün olan elmi adı Oecanthus fultoni şəklindədir.[4]
Bir çox düzənlik çəyirtkəsinin cırıldaması ilə temperatur arasında əlaqə çox dəqiq deyil. Onların cırıldaması yaş və cütləşmə kimi müxtəlif faktorlardan da asılıdır. Lakin Dolbearın düsturu ən dəqiq olan düstur hesab olunur.