Dağlaləsi həyəcanı
From Wikipedia, the free encyclopedia
Dağlaləsi həyəcanı (nid. tulpenmanie, tulpomanie, tulpengekte və bollengekte) — Hollandiyada Qızıl Dövründə dağlaləsi (tulipa) soğanının qiymətinin anidən yüksəlməsinə verilən ad. Digər analoji hallarla müqayisədə bu nisbətən daha məşhuru hesab edilir.[2] 1637-ci ilin fevral ayı dağlaləsi həyəcanının zirvə nöqtəsi hesab olunur. Həmin vaxt dağlaləsi istehsalı ilə bağlı müqavilələrin qiyməti bir işçinin illik gəlirinin 10 mislinə çatmışdır. Bu xəbər qısa zamanda bütün Hollandiyaya yayılır. Qısa zamanda bütün Avropada sahibkarlığın dağlaləsi növünə böyük maraq formalaşmışdır.[3] Dağlaləsi həyəcanı terminindən indiki vaxtda varlıq qiymətlərinin gerçək qiymətlərindən fərqliləşməsini ifadə edən bir bənzətmə olaraq istifadə edilməkdədir.[4]
Dağlaləsi həyəcanının məşhurlaşmasında bir ingilis jurnalist tərəfindən 1841-ci ildə yazılan "Fövqəladə Kütləvi yanılmalar və İzdihamların Həyəcanı" (ing. Extraordinary Popular delusions and the Madness of crowds) adlı əsərin böyük rolu olmuşdur. Makkeyə görə bir nöqtədə tək bir Semper "Augustus" soğanı üçün 12 akr (5 hektar) ərazi təklif edilmişdir.[5] Makkeyn, qiymətlərin ani formada dəyişməsi nəticəsində investorların iflas etməsini və Hollandiya bazarlarında ciddi böhran keçirdiyni iddia edirdi. Bütün bu fikirlər tarix boyu bir çox şəxslər tərəfindən ciddi qəbul edilməmişdir. Ancaq buna baxmayaraq müəllifin əsəri dəfələrlə çap edilmişdir. Bir çox iqtisadiyyatçılar dağlaləsi həyəcanının adi böhran olduğunu qeyd edirlər. Bəziləri həyəcanın qiymət dəyişikliyi səbəbiylə reallaşa bilməyəcəyini iddia edir.[6][7]
Dağlaləsi həyəcanı haqqında 1630-cu ilə qədər məlumatlara tarixi mənbələrdə rast gəlinmir. Bu ildən sonra da əldə edilən məlumatlar, ətraflı və ya etibarlı deyildir. Yalnız XIX əsrdən etibarən əldə edilən məlumatlar dağlaləsi həyəcanının tarixi haqqında məlumat verməyə imkan verir.[8][9] İqtisadiyyatçılar öz araşdırmalarında qeyd etmişlər ki, XV əsrdə bir çox məhsulların qiyməti sürətlə artmış və ya azalmışdır. Məsələn, bəzi çiçək növləri də dağlaləsi kimi ilk dəfə gətirildiyində yüksək qiymətə satılırdı. Qiymətlərin yüksək olmasının səbəblərindən biridə dövrün parlamenti tərəfindən müqavilələrin aşağı bir əvəz qarşılığında ləğv edilməsinə imkan verən və müqaviləni qəbul edən şəxsin risklərini azaldan bir qanun çıxaracaq olması istiqamətindəki gözləntiləri ola bilər.