Da Vinçi şifrəsi
From Wikipedia, the free encyclopedia
Da Vinçi şifrəsi (ing. The Da Vinci Code) — Den Braun tərəfindən 2003-cü ildə nəşr olunan detektiv-triller janrında roman. Parisdəki Luvr muzeyində baş verən bir cinayət İsa Məsihin Mariya Maqdalena ilə evli olması ehtimalı üzərinə, simvolist Robert Lenqdon və kriptoloq Sofi Nevünü, Sion və Opus Dei təriqətləri arasındakı bir müharibənin ortasına gətirir.
Da Vinçi şifrəsi | |
---|---|
ing. The Da Vinci Code | |
Müəllif | Den Braun |
Janrlar | detektiv, cinayət janrı[d], triller[d] |
Orijinalın dili | ingilis dili |
Ölkələr | |
Orijinalın nəşr ili | aprel 2003 |
Nəşriyyat | Qanun nəşriyyatı |
Səhifə | 519 |
Əvvəlki | Mələklər və iblislər, Yalan nöqtəsi |
Sonrakı | İtirilmiş simvol |
Vikianbarda əlaqəli mediafayllar |
Roman, muzey müdirü Jak Sonyerin cəsədinin Da Vinçinin məşhur əsəri Vitruvi adamı şəklində çılpaq halda, ətrafında sirli bir mesaj və bədənində qanla çəkilmiş bir pentaqrammayla muzeyin Böyük salonunda tapılması ilə başlayır. Əsər boyunca, Fransanın Merovinq krallarının İsa Məsih və Mariya Maqdalenanın şəcərəsindən gəldiyini iddia edən alternativ bir din tarixi araşdırılır.
Da Vinçi şifrəsi qısa zamanda insanlar arasında San Qril əfsanəsi və Mariya Maqdalenanın xristianlıq tarixindəki önəmi barədə spekulyasiyalar yaratdı. Bununla birlikdə, kitab, bir çox xristian məzhəbi tərəfindən Roma-Katolik kilsəsinə bir hücum olaraq dəyərləndirildi və bir çox ölkədə qadağan edildi. Ancaq yenə də əsər, 2009-cu ildən etibarən 80 milyon tirajla nəşr edildi və 44 dilə tərcümə edilərək ən çox satanlar siyahısında yerini aldı.[1] 2006-cı ildə Columbia Pictures tərəfindən əsər eyni adla ekranlaşdırıldı.2009 (2009) tarixinə olan məlumata əsasən,[2].[3] As of 2016, it had sold 80 million copies worldwide.[4]