Cərcis Peyğəmbər ziyarətgahı
From Wikipedia, the free encyclopedia
"Cərcis Peyğəmbər" ziyarətgahı, həmçinin "Sarı peyğəmbər" ziyarətgahı və ya "Zəncir" piri[1] — Azərbaycanın Beyləqan rayonunda, Beyləqan şəhərindən mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində yerləşən ziyarətgah kompleksi. Bura Şəfəq qəbiristanlığı, "Cərcis Peyğəmbər" məscidi və məscidin içərisində Müqəddəs Georgiyə aid olunduğuna inanılan məzar mövcuddur.
İslam | |
Cərcis Peyğəmbər ziyarətgahı | |
---|---|
| |
Din | |
İlahi gücü | Müqəddəs Georgi |
Həsr olunub | Müqəddəs Georgi |
Statusu | Fəaliyyət göstərir |
Yerləşməsi | |
Ölkə | |
Bölgə | Beyləqan rayonu |
Yeri | Şəfəq qəsəbəsi, Beyləqan rayonu |
Memarlıq | |
İnşa tarixi |
Əsası: təq. IV əsr Yenidən tikilmə: XVII–XVIII əsrlər Məscid: 2008–2010 |
Tikdirəni |
Hacı Qurban Hacı Nəbi oğlu Hacıqulu Hacı Qurban oğlu |
Memarı | Həsən Təbrizi |
Üslubu | islam memarlığı |
Bərpası |
1899–1905 1991-ci ildən sonra |
Saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
İslam mənbələrində peyğəmbər kimi təsvir edilən və "Cərcis" adlanan Müqəddəs Georgi Mosulda bütpərəst padşaha qarşı çıxmış və bu səbəbdən işğəncəyə məruz qalaraq öldürülmüşdür. Bu hekayə sonradan təbliğatçılar vasitəsilə Azərbaycana gətirilmiş, Qafqaz Albaniyası dövründə burada Müqəddəs Georgiyə ziyarətgah yaradılmışdır. Bu ziyarətgah təbii fəlakətlər, yadellilərin Azərbaycana hücumu zamanı dağıdılmış, sonradan XVII–XVIII əsrlərdə yenidən tikilmişdir.
Ziyarətgah XX əsrin əvvəllərində restavrasiya edilmişdir. Restavrasiya işindən məsul olan iranlı memar Həsən Təbrizi 1905-ci ildə işini yarımçıq qoyaraq abidənin mərkəzində zəncir buraxıb getmiş, sonradan yerlilər tərəfindən bu zəncir müqəddəsləşdirilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra burada yenə restavrasiya işləri aparılmış, 2010-cu ildə məscid tikilmişdir. Ziyarətgah tarixi abidə kimi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, dini abidə olaraq Qafqaz Müsəlmanları İdarəsinin, icma olaraq isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindədir.