Cowboy Bebop (anime filmi)
From Wikipedia, the free encyclopedia
Cowboy Bebop: The Movie, Yaponiyada film Cowboy Bebop: Knockin' on Heaven's Door adlanır (yap. カウボーイビバップ 天国の扉, lit. Kovboy Bebop: Cənnət qapısının döyülməsi) — 2001-ci ildə çəkilmiş speys vestern bədii anime filmi. Film Hacime Yatate tərəfindən çəkilmiş və 1998-ci ildə Cowboy Bebop anime seriyasının əsasında qurulmuşdur. Orijinal seriyanın müxtəlif həyəti, rejisor Şiniciro Vatanabe, yazıçı Keiko Nobumoto, xarakter dizaynerı Toşihiro Kavamoto, animasiya direktoru Hiroşi Osaka, və bəstəkar Yoko Kanno daxil olmaqla, filmin üzərində işləmişdir. Filmi orijinal yapon və ingiliscə səsləndirən heyət də rollarını davam etmişdir.
Cowboy Bebop: Knockin' on Heaven's Door | |
---|---|
yap. カウボーイビバップ 天国の扉 | |
| |
Janr | döyüş filmi[1][2], elmi-fantastika filmi[2], Vestern filmi |
Əsas mövzu | terrorizm, Amneziya |
Rejissor | Şiniçiro Vatanabe |
Prodüserlər |
Masuo Ueda Masahiko Minami Minoru Takanaşi |
Əsərin müəllifi | Hacime Yatate ("Cowboy Bebop" əsasında) |
Ssenari müəllifi | Keyko Nobumoto |
Baş rollarda |
Koyçi Yamadera Mequmi Hayaşibara Unşo İşizuka Aoy Tada Ay Kobayaşi Tsutomu İsobe Renci İşibaşi Mikki Körtis |
Bəstəkar | Yoko Kanno |
İstehsalçılar |
Bones Distribütor: Sony Pictures Entertainment Japan |
İlk baxış tarixi | 1 sentyabr 2001 |
Filmin növü | Anime |
Müddət | 115 dəq.[3] |
Gəlir | 3 milyon $[4] |
Ölkələr | Yaponiya |
Dil | Yapon |
Rəng | Rəngli |
IMDb | ID0275277 |
Film orijinal seriyanın 22-ci və 23-cü seriyası arasında qurulmuşdur.[5] Filmin süjeti, Marsda insan əhalisini məhv etməyi planlaşdıran və naməlum patogendən istifadə edən sirli terrorist üzərində mərkəzlənir. Bebop kosmik gəmisində kəllə ovçu heyəti, terrorist tutmaq üçün işləyir və baş verə bilən hücumdan əvvəl, patogenin mənbəyini tapırlar.
Film Vatanabe tərəfindən televiziya seriyasının davamı kimi qəbul olunmuşdur. Vatanabe seriyanı miniatür filmlər kimi qəbul etmişdir. Seriyanın pərəstişkarlarını məyus etməmək üçün, estetik materialdan böyük miqdarda istifadə olunmuşdur və təzə izləyicilə üçün əlçatan olsun deyə, filmdə düzəlişlər edilmişdir. Büdcə və istehsal obyektlərin artması, filmdə seriya ilə müqayisədə daha yüksək keyfiyyətli animasiya və bədii film kimi bağlı çəkiliş üslubundan istifadə imkanı yaratmışdır. Filmdə istifadə olunan ərəb elementləri, Vatanabeni Mərakeşə tədqiqat üçün səyahət etməsinə səbəb olmuşdur. Kannonun musiqisində də ərəb atmosferindən istifadə olunmuşdur.
Orijinal seriyada olduğu kimi, Sunrise studiosu, Bandai Visual və keçmiş Sunrise işçiləri tərəfindən yaranmış Bones studiosu tərəfindən film istehsal edilmişdir. Film Yaponiyada 2001-ci ilin sentyabrın 1-də, ABŞ-də 2002-ci il avqustun 11-də kinoteartlarda buraxılmışdır. Film dünyada $3 million gəlir əldə etmiş, DVD-də çıxanda isə Yaponiya və ABŞ çartlarında yüksək mövqe tutmuşdur. Ümumiyyətlə film əsas və anime tənqidçilərdən müsbət qəbul olunmuşdur və Online Film Critics Society Award for Best Animated Film nominasiyasına namizəd olmuşdur.