Corc Herbert Volker Buşun brokkoli şərhləri
From Wikipedia, the free encyclopedia
41-ci ABŞ prezidenti Corc Herbert Volker Buş bir çox dəfə brokkolidən nifrət etdiyi barədə şərhlər vermişdir. Buşun prezidentliyi dövründə brokkoli haqqında ilk şərhi 1990-cı ilin martına aiddir. Bu zaman Buş Şəxsi Menecment Ofisinin işçilərinə "brokkoli ilə" ödəniş edilməsi barədə zarafat etmişdir.[1] Bundan qısa müddət sonra U.S. News and World Report jurnalistlərindən biri Buşun Air Force One üçün brokkolini qadağan etməsi barədə hekayə paylaşmışdır.[2] Buna cavab olara ABŞ-dəki brokkoli fermerləri Ağ evə brokkoli daşıyan bir çox yük maşını göndərməyə qərar vermişdirlər.
Şərhlərinə görə "brokkoli səsləri"ni itirməsi barədə suala cavab verərkən[1] Buş aşağıdakı fikirləri səsləndirmişdir:[3]
Mən brokkoli xoşlamıram. Balaca uşaq olarkən də sevmirdim və anam mənə brokkoli yeməyə məcbur edirdi. İndi isə ABŞ prezidentiyəm və daha brokkoli yemək istəmirəm!... Barbara brokkoli sevir. Hətta məni yeməyə də məcbur edib. Özü çox vaxt brokkoli yeyir. Odur ki, gedib Vaşinqtondan gələn brokkoli karvanını qarşılaya bilər.[4] |
Birləşmiş Təzə Meyvə və Tərəvəz Assosiasiyanın prezidenti olan Corc Danlop birinci xanım Barbara Buşa bir buket brokkoli və 10 tonluq brokkoli ehtiyatı bağışlamışdır.[5][6] Bir neçə gün sonra Buş Polşa baş naziri Tadeuş Mazovetski üçün nahar təşkil etmiş və jurnalistlər menyuda brokkolinin olmadığını qeyd etmişdilər. 10 tonluq brokkoli ehtiyatının böyük qismi Kapital Sahə Qida Bankına bağışlanılmışdır.[6][7]