Code:Breaker
From Wikipedia, the free encyclopedia
Code:Breaker (コード: ブレイカー, Kōdo:Bureikā?, azərb. Kod: Qırıcı) və ya bəzən CØDE:BREAKER — manqaka Akimine Kamicyo tərəfindən yazılıb çəkilən manqa seriyası. 2008-ci ildən 2013-cü ilə kimi Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında nəşr olunmuş və 26 cildi buraxılmışdır. Manqa seriyası döyüş incəsənət növləri ilə məşğul olan lisey tələbəsi Sakura Sakurakoci və liseyə yeni gəlmiş, fövqəltəbii güclərə malik Rey Oqaminin başına gələn hadisələrdən bəhs edir. Manqa əsasında Kinema Citrus studiyası tərəfindən çəkilmiş 13 seriyalıq anime adaptasiyası 7 oktyabrdan 30 dekabr 2012-ci ilə kimi yayımlanmışdır.
Code:Breaker | |
Birinci cildin üzlüyü. Personajlar: Rey Oqami və Sakura Sakurakoci. | |
コード: ブレイカー (Kōdo:Bureikā) azərb. Kod: Qırıcı | |
---|---|
Janr | döyüş, fövqəltəbii |
Manqa | |
Manqaka | Akimine Kamicyo |
Nəşriyyat | Kodansha |
Tərcüməçi nəşriyyat | Del Rey Manga Pika Édition Planet Manga Tong Li Publishing Egmont Manga & Anime |
Jurnal | Weekly Shōnen Magazine |
Demoqrafiya | Şonen |
Nəşr tarixi | 9 iyun 2008 – 11 avqust 2013 |
Cildlər | 26 (cild siyahısı) |
Fəsil sayı | 230 |
Anime | |
Rejissor | Yasuhiro İrie |
Ssenarist | Yasuhiro İrie |
Bəstəkar | Takayuki Hattori |
Studiya | Kinema Citrus |
Digər lisenziyalar | AVA Madman Entertainment Funimation Entertainment |
Kanal | MBS, Tokyo MX, TVQ, TVA, BS11 |
Buraxılış tarixi | 7 oktyabr 2012 – 30 dekabr 2012 |
Seriyalar | 13 + 3 OVA (seriya siyahısı) |
Anime və manqa portalı |
Manqa seriyası Şimali Amerikada Del Rey Manga, Fransada Pika Édition, İtaliyada Planet Manga, Tayvanda Tong Li Publishing, Almaniyada Egmont Manga & Anime tərəfindən nəşr olunmuşdur. Anime adaptasiyası isə Şimali Amerikada Funimation Entertainment, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır.