Cibril Sisse
Kot-d'İvuar əsilli Fransa futbolçusu. / From Wikipedia, the free encyclopedia
Cibril Aruun Sisse (fr. Djibril Cissé, Fransızca tələffüz: [dʒibʁil sise]; 12 avqust 1981, Arl, Fransa) — Kot-d'İvuar mənşəli Fransa futbolçusu, İsveçrə futbol klubu olan "İverdon Sport" FK-un hücumçusu. 2002–2010-cu illərdə Fransa milli futbol komandasının tərkibində olaraq dünya çempionatlarında iştirak etmişdir. 2005-ci ildən bəri ləqəbi "Frodşam Mülk Lordu"dur.[6]
Cibril Sisse | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
fr. Djibril Cissé | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Cibril Aruun Sisse[1] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Frodşam Mülk Lordu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 12 avqust 1981(1981-08-12)[2][3][…] (42 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Arl, Fransa | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Fransa | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 183[4][5] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 78 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | "İverdon Sport" | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 9 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Sisse, Kot-d'İvuardan Fransaya köçən bir müsəlman ailəsində anadan olmuşdur. Ailənin yeddinci və ən kiçik uşağı idi.[7] Onun atası Manqe Sisse (1945–2009) peşəkar bir futbolçu idi.[8] 1970-ci ildə Afrika Millətlər Kubokunda, Kot-d'İvuar milli futbol komandasının kapitanı olmuşdur.[9][10] 1974-cü ildə Manqe ailəsi ilə birlikdə Cibrilin anadan olduğu Fransaya köçmüşdür.
Cibril Sisse futbol karyerasına 8 yaşında, "Arl-Avion" FK-da başlamışdır. Burada 7 il oynadıqdan sonra, klubu tərk etmişdir. Bundan sonra, 6 ay "Nim Olimpik" FK oynayan Sisse, daha sonra "Oser" FK-un gənclər heyətinə qoşulmuşdur. 1998-ci ildə A dərəcəli kluba getməzdən əvvəl, 2 il burada oynamışdır. Sisse "Oser" FK-da oynadığı 6 mövsümdə 166 oyun keçirmiş və 90 qol vurmuşdur. Sisse 2004-cü ildə, İngiltərə Premyer Liqasında oynayan "Liverpul" FK-a transfer olmuşdur. Cibril burada 82 oyun keçirmiş və 24 qol vurmuşdur. "Liverpul" FK-dakı karyerasını bitirmək istəyən Sisse, 2006-cı ildə "Olimpik Marsel" FK-a icarəyə alınmışdır. Ertəsi mövsüm "Olimpik Marsel" ilə 5 illik bir müqavilə imzalamışdır. 2008-ci ildə "Sanderlend" FK-a icarəyə alınmasıyla, İngiltərə Premyer Liqasına qayıdan Sisse, burada 38 oyun keçirmiş və 11 qol vurmuşdur. 25 iyun 2009 tarixində Yunanıstan klubu olan "Panatinaykos" FK ilə 8 milyon avroluq transfer haqqına 4 illik bir müqavilə imzalamışdır. "Panatinaykos" FK-dakı ilk ilindən sonra, klubu olan sədaqətini göstərmək üçün sağ dizinə klubun simvolu olan yonca tatuirovkası elədi. Cibril 2011-ci ildə klubda "irqçiliyə" məruz qalmasından sonra, klubun rəhbərliyinə ayrılmaq istədiyini demişdir. Cibril "Panatinaykos" FK-da 89 oyun keçirmiş və 55 qol vurmuşdur. 12 iyul 2011 tarixində Seriya A klublarından biri olan "Latsio" FK-a transfer olmuşdur. Burada 27 oyun keçirən və 5 qol vuran Sisse, 31 yanvar 2012 tarixində "Kuinz Park Reyncers" FK-a transfer olmuşdur. Sisse 20 yanvar 2013 tarixində Qətər klubu olan "Əl-Qərəfa" FK-a icarəyə alınmışdır. Burada 17 oyun keçirdikdən və 5 qol vurduqdan sonra "Kuban Krasnodar" FK-a transfer olmuşdur. Sisse "Kuban Krasnodar" FK-da 25 oyun keçirmiş və 5 qol vurmuşdur. Daha sonra "Bastiya" və "Sent-Piyeroz" futbol klublarında oynayan Sisse, 2015-ci ildə karyerasını bitirdiyini açıqlamışdı. 2017-ci ildə futbol karyerasına geri qayıdan Sisse, hal-hazırda İsveçrənin "İverdon Sport" FK-da oynayır. Cibril Sisse 17 illik futbol karyerasında 579 oyun keçirmiş və 248 qol vurmuşdur.
Cibril Fransa milli futbol komandasında debütünü 18 may 2012 tarixində, Belçika millisinə qarşı etmişdir. Cibril Sisse 2003 FİFA Konfederasiyalar Kubokunu qazanan Fransa millisinin heyətində oynayırdı. 2006 FİFA Dünya Kubokundan əvvəl Çin ilə keçirilən yoldaşlıq oyununda, Çin komandasının kapitanı Cen Cinin müdaxiləsiylə ayağı qırılmışdır. UEFA Avro 2008-in seçmə mərhələsində komandanın formasını geyməsinə baxmayaraq, müsabiqəyə seçilən heyətdə oynaya bilməmişdir. 2010 FİFA Dünya Kubokunda Raymon Domenekin seçdiyi 23 nəfərlik heyətdə özünə yer tapa bilmişdir.