Cessika Cons (teleserial, 2015)
From Wikipedia, the free encyclopedia
"Cessika Cons" (ing. "Jessica Jones" və ya ing. "Marvel's Jessica Jones") — 2015-ci ildə Netflix tərəfindən yaradılmış ABŞ veb teleserialı. Serial Marvel Comics tərəfindən yaradılmış Cessika Cons super qəhrəmanından bəhs edir. "Cessika Cons" Marvel Studios-un Marvel film kainatı proqramına daxildir, bu kainata daxil olan digər filmlərlə əlaqəlidir. Serial həmçinin Müdafiəçilər miniseriyasının ikinci teleserialıdır (digəri "Daredevil"dir). Serial Marvel Television, ABC Studios və Tall Girls Productions tərəfindən istehsal olunur. Serialın şouranneri Melissa Rozenberqdir.
Cessika Cons | |
---|---|
ing. Jessica Jones | |
| |
Janr |
Macəra Dedektiv Drama Neonuar Psixoloji triller Super qəhrəman |
İlk baxış tarixləri | 20 noyabr 2015 |
Prodüser | Cef Loeb |
Yaradıcısı | Melissa Rozenberq |
Rollarda |
Kristen Ritter Mayk Kolter Reyçel Teylor Uil Traval Erin Moriarti Eka Darvill Kerri-Enn Moss Devid Tennant |
Bəstəkar | Sin Kalleri |
Montajçı |
Conatan Çibnall Miykl Knu Tirsa Hakşau[1][2] |
İstehsalçı ölkə | ABŞ |
İl | 2015 |
Studiya |
Marvel Television ABC Studios Tall Girls Productions |
Dil | ingilis dili |
Mövsüm sayı | 3 |
Seriya sayı | 39 |
Seriya vaxtı | 46-55 dəqiqə |
Telekanal | Netflix |
IMDb | ID2357547 |
Format | 4K (Ultra HD) |
marvel.com/tv/show/228/m… | |
Vikianbarda əlaqəli mediafayllar |
Cessika Cons rolunda aktrisa Kristen Ritter çıxış edir. Cessika Cons super qəhrəmandır, lakin bu işi buraxıb detektivlik ilə məşğul olmağa başlayır. Serialın digər rollarında Mayk Kolter, Reyçel Teylor, Uil Traval, Erin Moriarti, Eka Darvill, Kerri-Enn Moss və Devid Tennant çıxış edir. Serialın ilkin versiyası 2010-cu ildə Melissa Rozenberq tərəfindən hazırlanmışdır. 2013-cü ildə Rozenberq layihə üzərində yenidən işləməyə başlamış və layihə "AKA Cessika Cons" adı ilə Netflix-ə daxil olmuşdur. 2014-cü ilin dekabrında Kristen Cessika rolu üçün seçilmişdir. 2015-ci ilin fevralından avqustun sonlarına qədər serialın çəkilişləri davam etmişdir.
Serialın bütün seriyaları 20 noyabr 2015-ci ildə Netflix-də yayımlanmışdır. "Cessika Cons" böyük bəyənmə qazanmışdır. Serilda bəyəni görən ünsurlar Kristen və Tennantın performansları, seksual yanaşma, zorakıçılıq və hücum mövzuları olmuşdur.