Bəhruz Kəngərli
From Wikipedia, the free encyclopedia
Bəhruz Kəngərli (tam adı: Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli; 10 (22) yanvar 1892, Naxçıvan[1] – 7 fevral 1922[1], Naxçıvan, Naxçıvan Sovet Sosialist Respublikası) — Azərbaycan rəngkarlıq sənətində ilk akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə novatorluğa yol açmış Azərbaycan rəssamı.[2]
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Bəhruz bəy Kəngərli | |
---|---|
Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli | |
Doğum tarixi | 10 (22) yanvar 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 7 fevral 1922(1922-02-07)[1] (30 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Ciyər xəstəliyi |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
Rusiya İmperiyası AXC SSRİ |
Fəaliyyəti | rəssam |
Janr | portret |
Stillər | Realizm, impressionizm |
Tanınmış işi | Qaçqın xanım (1920) |
Təsirlənib | Qiqo Qabaşvili, Aleksandr Mrevleşvili, Yakov Nikoladze, Oskar Şmerlinq |
Təsir edib | Hüseyn Əliyev, Adil Qazıyev, Şamil Qazıyev, Əyyub Hüseynov, Bağır Maratlı |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Bəhruz Kəngərlinin 2000-ə yaxın mövzu və janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən ibarət bədii irsi geniş ictimaiyyətin diqqətini cəlb etmiş, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir.[3]