Böyük simfonik orkestr üçün uvertüra (Soltan Hacıbəyov)
From Wikipedia, the free encyclopedia
Böyük simfonik orkestr üçün uvertüra və ya "Bayram" uvertürası — bəstəkar Soltan Hacıbəyov tərəfindən 1956-cı ildə simfonik orkestr üçün yazılmış uvertüra əsəri.
Böyük simfonik orkestr üçün uvertüra | |
---|---|
| |
Bəstəkar | Soltan Hacıbəyov[2] |
Tonallıq | sonata allegro[3] |
Forma | uvertüra |
Yazılma tarixi | 1956 |
Premyera |
|
Milli simfonik uvertüra nümunələri arasında bəstəkər Soltan Hacıbəyovun böyük simfonik orkestr üçün yazdığı uvertürasında xüsusi seçilir. Bu uvertüra musiqinin sevincli koloriti ilə, inkişaf prosesinin ümumi dinamik məqsədyönlülüyü ilə, forma yığcamlığı və orkestrovkası ilə seçilir.
Uvertüra əsərinin tematizminin parlaqlığı, inkişafın ümumi obrazlı-məna istiqaməti əsərdə proqramlılıq keyfiyyətlərini aşkar edir. Uvertürada bütün ideyanın ümumiləşdirilməsi ayrı-ayrı obrazların konkretliyi ilə uzlaşır. İdeyanın ümumiləşdirilməsi əsərin əsas mövzusunun – vətənin məhd edilməsinin geniş təcəssümü vasitəsilə həyata keçirilir. Konkret obrazlılıq, xalq-məişət musiqisinin müxtəlif janrlarının ifadə vasitəsilə üzə çıxır.
Bəstəkarın proqram fikri simfonik uvertüra janrı üçün ənənəvi olan sonata allegro formasındadır. Uvertüra iki mövzunun obrazlı kontrastı üzərində qurulur. Eyni zamanda, şən oyun havası ilə lirik mahnıvariliyin qarşılaşdırılmasından ibarətdir. Obrazlı təzadlığın dəqiq rakursu uvertüranı bu janrın milli musiqidəki bir sıra digər nümunələrindən fərqləndirən keyfiyyətdir.
Uvertüranın əsas mövzusu Azərbaycan rəqsinə və marş mövzusuna xas olan xarakterik əlamətləri özündə birləşdirir. Rəqs əlamətləri burada aydın şəkildə verilmir. Uvertüra əsərinin polifonik yazı tərzində xalq musiqi sənətindən gələn daha sabit prinsiplərdən istifadə olunur. Ekspozisiyada köməkçi mövzunun zəngin inkişaf prosesində polifoniya xüsusilə böyük rol oynayır.
Uvertüra ilk dəfə 1956-cı ildə Bakıda — Azərbaycan bəstəkarlarının birinci qurultayında dirijor Niyazinin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrində səsləndirilmişdi.