Boz qaz
From Wikipedia, the free encyclopedia
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir.
Boz qaz | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Pangalloanserae Dəstəüstü: Galloanserae Klad: Odontoanserae Klad: Anserimorphae Dəstə: Yarımdəstə: Anseres Fəsiləüstü: Anatoidea Fəsilə: Yarımfəsilə: Anserinae Triba: Anserini Cins: Növ: Boz qaz |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər. Qışda adalarda, çayların sahilində, bataqlıqlarda yuvalayırlar, çəmən otları və kənd təsərüffatı bitkiləri ilə qidalanırlar. Növün bəzi fərdləri, məsələn, Cənubi İngiltərədə yaşayan boz qazlar şəhərlərdə məskunlaşırlar və oturaq həyat tərzi keçirirlər.