Black Bullet
From Wikipedia, the free encyclopedia
Black Bullet (ブラック・ブレット, Burakku Buretto?, azərb. Qara güllə) — Saki Ukayın rəssamlığı ilə Şiden Kanzaki tərəfindən yazılan və ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunmuş ranobe seriyası. 10 iyul 2011-ci ildən nəşr olunur və 2014-cü ilin aprelinə qədər 7 cildi buraxılmışdır. Manqa adaptasiyası 27 avqust 2012-ci ildə ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunmağa başlamışdır. 6 oktyabr 2013-cü ildə Dengeki Bunko imprintinin "Autumn Festival 2013" tədbirində Kinema Citrus və Orange studiyaları anime serialı adaptasiyası çəkəcəklərini anons etmişdir. Anime 8 aprel 2014-cü ildən 1 iyul 2014-cü ilə kimi yayımlanmışdır. Yaponiyadan xaricdə isə Crunchyroll vasitəsilə nümayiş etdirilmişdir. "Black Bullet" üç ölkədə lisenziyalaşdırılmışdır: anime Şimali Amerikada Sentai Filmworks tərəfindən, Böyük Britaniyada Animatsu Entertainment tərəfindən, Avstraliyada Hanabee tərəfindən lisenziyalaşdırılmışdır. Manqa və ranobe Şimali Amerikada Yen Press tərəfindən nəşr olunur.
Black Bullet | |
Birinci ranobe cildinin üzlüyü. Personajlar (soldan sağa): Rentaro Satomi, Encu Ayhara və Kisara Tendo. | |
ブラック・ブレット (Burakku Buretto) azərb. Qara güllə | |
---|---|
Janr | döyüş, elmi fantastika, müəmma |
Manqa | |
Manqaka | Şiden Kanzaki |
Rəssam | Saki Ukay |
Nəşriyyat | ASCII Media Works |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 10 iyul 2011 – hazırda |
Cildlər | 7 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Şiden Kanzaki |
Rəssam | Morinohon |
Nəşriyyat | ASCII Media Works |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Dengeki Maoh |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 27 avqust 2012 – 27 iyun 2014 |
Cildlər | 4 (cild siyahısı) |
Fəsil sayı | 20 |
Anime | |
Rejissor | Masayuki Kocima |
Prodüsser | Asuka Yamazaki Fuminori Yamazaki Mitsutoşi Oqura Yasutaka Kurosaki |
Ssenarist | Tatsuhiko Urahata |
Bəstəkar | Şiro Saqisu |
Studiya | Kinema Citrus, Orange |
Digər lisenziyalar | AVA Hanabee Sentai Filmworks Animatsu Entertainment |
Kanal | AT-X, Tokyo MX, SUN, tvk, KBS, TVA, BS11, TSC |
Digər kanallar | |
Buraxılış tarixi | 8 aprel 2014 – 1 iyul 2014 |
Seriyalar | 13 (seriya siyahısı) |
Anime və manqa portalı |