Birinci xanım
From Wikipedia, the free encyclopedia
Birinci xanım və ya birinci ledi, (o cümlədən birinci centlmen) — bəzi ölkələridə dövlət başçısı seçilmiş şəxsin həyat yoldaşının qeyri-rəsmi titulu. Bu ifadə adətən baş nazir və ya hökumət başçısı üçün işlədilmir.
Əvvəllər birinci xanım ifadəsi ABŞ prezidentlərinin həyat yoldaşlarını ifadə etmək üçün istifadə edilirdi, lakin sonradan digər dillərə keçərək hazırda idarə forması monarxiya olmayan hər hansı bir dövlət başçısının həyat yoldaşına müraciət etmək üçün istifadə olunur. Parlamentar respublikalarda və konstitusiya monarxiyalarında bu termin adətən hökumət başçısının (baş nazirin) həyat yoldaşına şamil edilir. Bəzi ölkələrdə (Rusiya daxil olmaqla) bu termin dövlət dilinə tərcümə olunur, məsələn, Latın Amerikasında Primera Dama, Fransada - Première Dame kimi ifadə olunur.
ABŞ-də bu termin ilk dəfə 1849-cu ildə prezident Zakari Teylorun 4-cü prezident Ceyms Medisonun həyat yoldaşı Dolli Medisonun dəfn mərasimi zamanı onun haqqında vida nitqində istifadə edilmişdir. Bununla belə, “birinci xanım” adlandırılmağa başlayan ilk qadın ABŞ-nin 15-ci prezidenti Ceyms Byukenenın qardaşı qızı Harriet Leyndir (Byukenen ABŞ-nin yeganə subay prezidenti idi və onun hakimiyyəti dövründə birinci xanımın vəzifələrini qardaşı qızı yerinə yetirirdi[1]).Lakin bu anlayış yalnız 1877-ci ildən ümumi istifadə olunmağa başladı.[2] O zaman, jurnalist Meri Eyms prezident Raterford Heysin andiçmə mərasimi ilə əlaqədar qəzet reportajında "birinci xanım" ifadəsini onun həyat yoldaşı, Birləşmiş Ştatlarda populyar bir qadın olan Lyusi Heys haqqında yazarkən istifadə etmişdir.[3]