Bilgəh çimərliyi
From Wikipedia, the free encyclopedia
Bilgəh çimərliyi – Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində ictimai çimərlik. 2018-ci ildə ən yaxşı MDB kurortları siyahısında ilk beşlikdə göstərilmişdir.[1]
Cəld faktlar Yerləşməsi, Akvatoriya ...
Bilgəh çimərliyi | |
---|---|
Yerləşməsi | |
40°35′13″ şm. e. 50°04′02″ ş. u. | |
Akvatoriya | Xəzər dənizi |
Ölkə | Azərbaycan |
Yaşayış məntəqəsi | Bilgəh |
Bağla
Təmizliyi və səliqəsinə görə, Bilgəh çimərliyi digər çimərliklərdən fərqlənir. Sahil zolağının təmizliyi, istirahət mərkəzlərində xidmət Bilgəh çimərliklərində daha üstündür. Qiymətlərdə isə digər çimərliklərdən fərqlənmir. Burada da çətir və stol götürmək yerindən asılı olaraq, 10–20 manat arasında dəyişir.[2]
Bilgəh çimərliklərinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təhkim edilib.[2]
2015-ci ildə Avropa Oyunlarının triatlon yarışları və zamana qarşı fərdi velosiped ötüşmələri bu çimərlikdə keçirilmişdir.[3]