Berserk (anime, 1997)
From Wikipedia, the free encyclopedia
"Berserk", Yaponiyada həmçinin Kenpū Denki Berserk[lower-alpha 1] — Kentaro Miuranın eyniadlı manqa seriyasına əsaslanan Yaponiya anime televiziya serialı. Serial "Nippon Television" və "VAP" tərəfindən istehsal edilmiş, "Oriental Light and Magic" tərəfindən animasiya edilmişdir. "Berserk" serialının rejissoru Naohito Takahaşi olmuşdur. Serialın ssenarisi üzərində Atsuhiro Tomioka, Makoto İtakura, Şinzo Fucita, Şoci Yonemura və "Yu Yū Hakusho"nun baş ssenaristi Yukiyoşi Ohaşi olmaqla beş fərqli ssenarist işləmiş, konsepsiya məsləhətçisi isə Yasuhiro İmaqava olmuşdur. "Berserk" serialının bəstəkarı Susumu Hirasava olmuşdur. Personajları səsləndirən orijinal heyətə Nobutoşi Kanna (Qats), Toşiyuki Morikava (Qriffit), Yuko Miyamura (Kaska) və başqaları daxildir. Bir mövsümdə iyirmi beş seriyadan ibarət anime serialı 1997-ci ilin oktyabrından 1998-ci ilin aprelinə qədər "Nippon TV"-də yayımlanmışdır. Bu, "Berserk" manqasının birinci anime adaptasiyasıdır. Bundan başqa, 2012-ci ildə "The Golden Age Arc" film trilogiyası və 2016-cı ildə onun sikveli olan anime serialı yayımlanmışdır.
Berserk | |
Serialın birinci seriyasının DVD üz qabığı, burada Qats təsvir edilmişdir. | |
剣風伝奇ベルセルク (Kenpū Denki Beruseruku) | |
---|---|
Janr |
|
Anime serialı | |
Rejissor | Naohito Takahaşi |
Prodüsser |
|
Ssenarist | Yasuhiro İmaqava |
Bəstəkar | Susumu Hirasava |
Studiya |
|
Lisenziya | AVA Madman Entertainment Media Blasters (qüvvədən enmişdir) MVM Films |
Kanal | Nippon TV |
Yayım tarixi | 8 oktyabr 1997 – 1 aprel 1998 |
Seriyalar | 25 (seriya siyahısı) |
Anime və manqa portalı |
Anime serialının əsaslandığı manqanın quruluşu orta əsr Avropasından ilhamlanmışdır. Burada hadisələr demonlar və pərilər kimi varlıqların real olduğu Midlend adlı fentezi dünyasında cərəyan edir. Məzmunda diqqət mərkəzi uşaqlıqda yetim qalmış muzdlu döyüşçü Qatsın və "Şahin dəstəsi" adlı muzdlu qrupun lideri Qriffitin həyatı ətrafında cəmlənir. Dəhşətli hadisələrdən sonra Qatsın bədəninə vurulan damğaya görə o, daim demonlar tərəfindən təqib edilir. Qats Kaska və qarşılaşdığı başqa müttəfiqləri ilə birlikdə intiqam axtarışında yorucu bir səyahətə çıxır.
"Berserk" serialı Şimali Amerikada ingilisdilli buraxılış üçün 2001-ci ildə "Media Blasters" tərəfindən lisenziyalaşdırılmış, VHS və altı DVD diskdə 28 may 2002-ci ildən 27 may 2003-cü ilə qədər yayımlanmışdır. 2012-ci ilin dekabrında "Media Blasters" seriala olan hüquqlarının qüvvədən endiyini açıqlamışdır. Birləşmiş Krallıqda "Berserk" serialı "MVM Films" tərəfindən lisenziyalaşdırılmış, 3 sentyabr 2007-ci ildən 7 iyul 2008-ci ilə qədər altı DVD buraxılmışdır. Avstraliyada və Yeni Zelandiyada "Madman Entertainment" 2 dekabr 2002-ci il və 18 iyun 2003-cü il tarixləri arasında altı DVD buraxmışdır. Serial 1 dekabr 2022-ci ildə "Netflix" platformasının bəzi ölkələrdə mövcud olan versiyalarında yayımlanmışdır.
"Berserk" tənqidçilər tərəfindən universal olaraq müsbət qarşılanmışdır. Serial 1990-cı illərin ən zalım animelərindən biri hesab olunur və ümumiyyətlə, "Berserk" manqa seriyasına başlamaq üçün yaxşı vasitə hesab edilir. Serialın narrativi, personajları, quruluşu və Susumu Hirasavanın saundtreki təriflənmişdir. "Berserk" XXI əsrin əvvəllərində bir neçə adaptasiya və manqaya ilham mənbəyi olmuşdur.