Bayraktar TB2
pilotsuz döyüş (PUA) təyyarəsi / From Wikipedia, the free encyclopedia
Bayraktar TB2 (türk. Bayraktar) — Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarəsi[2]."Baykar Makina" şirkəti tərəfindən istehsal edilir.
Bayraktar TB2 | |
---|---|
Tipi | HALE Hücum PUA |
Hazırlayan | Baykar Makina |
İstehsalçı | Baykar Makina |
İlk uçuş | 29 Aprel 2014 |
İstismara verilmə tarixi | 2014 |
Status | Seriyalı istehsalda |
İstismarçılar | |
İstismarçı |
•Türkiyə Hərbi Hava Qüvvələri •Azərbaycan Hərbi Hava Qüvvələri •Ukrayna Hərbi Hava Qüvvələri •Qətər Hərbi Hava Qüvvələri |
Buraxılış sayı | 500+ (İyun 2023) |
Vikianbarda əlaqəli mediafayllar |
2014-cü il iyunun 14-də tam yüklə həyata keçirilmiş uçuş sınağında 27.030 funt yüksəkliyə qalxmış və 05 – 06 avqust tarixlərində həyata keçirilmiş uçuş testində tam yüklə 18.000 funt yüksəklikdə 4040 km qət etmiş və 24 saat 34 dəqiqə ərzində uçuş həyata keçirmişdir.[3][4][5][6][7] 17 dekabr 2015-ci il tarixində 2 Roketsan MAM-L idarəolunan raket atəş sınağında hədəfləri 100% dəqiqliklə vurmağı bacarmışdır.
Mülki aviasiya standartlarına uyğun olaraq hərbi məqsədlərə yarayan Baykar Makina tərəfindən yaradılmış Bayraktar TB2 Bayraktar komandası tərəfindən əsas istehsal yeri Türkiyə olmaqla hər kəs üçün istehsal edilmişdir.[4]
Sistem 2014-cü ildə Türkiyə Silahlı Qüvvələri arsenalına daxil edilmişdir. Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi Pəncə Əməliyyatlarında, Suriyadakı vətəndaş müharibəsində və İkinci Liviya vətəndaş müharibəsindəki müdaxilələr dövründəki əməliyyatlarda fəal şəkildə istifadə edilmişdir. Bu sistemdən Türkiyə ordusundan başqa Azərbaycan ordusu[8], Qətər ordusu və Ukrayna ordusu[9] da istifadə edir.