Baruto Kayto
From Wikipedia, the free encyclopedia
Baruto Kayto (把瑠都 凱斗?, 5 noyabr 1984[1], Rakvere) və ya əsl adı ilə Kaydo Hyovelson (est. Kaido Höövelson) – Estoniya siyasətçisi və keçmiş peşəkar sumoçu.[3] Peşəkar sumo karyerasına 2004-cü ilin mayında başlamış və iki il sonra makuuçi diviziyasına yüksəlmişdir. 2008-ci ilin noyabrında sekivake, 2010-cu ilin martında ozeki dərəcəsini əldə etmişdir.[4] O, karyerası ərzində dörd dəfə "Döyüşkən ruh" xüsusi mükafatını qazanmışdır.
Cəld faktlar Şəxsi məlumatlar, Doğum adı ...
Baruto Kayto | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Kaido Höövelson |
Vətəndaşlığı | |
Doğum tarixi | 5 noyabr 1984(1984-11-05)[1] (39 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Çəkisi | 188 kq |
İdman növü | cüdo[2], sumo |
Bağla
2013-cü ildə sumo karyerasını başa çatdırdıqdan sonra[5] biznes, qarışıq döyüş sənətləri, aktyorluq və siyasətlə məşğul olmuşdur. 2019-cu ilin mayında Estoniya parlamentinə seçilmişdir.