Bandi-Amir Milli Parkı
From Wikipedia, the free encyclopedia
Bandi-Amir Milli Parkı (fars. بند امیر) — Əfqanıstanın ilk və yeganə milli parkı.[1] Milli parkda mineral çöküntü olan travertindən əmələ gəlmiş təbii bəndlər ilə ayrılan 6 göl yerləşir. Göllər Əfqanıstanın mərkəzində, 3000 metr yüksəkliyində, Hindikuş dağlarında, Bamiyan Budda heykəllərinin qərbində yerləşir.
Cəld faktlar Sahəsi, Mütləq hündürlüyü ...
Bandi-Amir Milli Parkı | |
---|---|
fars. بند امیر | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 5.985 km2 ha |
Mütləq hündürlüyü | 2.909 m |
Yaradılma tarixi | 2009 |
İdarəetmə orqanı | SINAC |
Yerləşməsi | |
34°50′23″ şm. e. 67°13′51″ ş. u. | |
Ölkə | Əfqanıstan |
Vilayət | Bamyan vilayəti |
Yaxın şəhər | Bamyan |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Göllər karbon dioksid sızması nəticəsində yaranmışdır. Bandi-Amir dünyada travertin mineralı sayəsində yaranmış nadir göl sistemlərindən biridir. Milli parkda yerləşən kanyon Əfqanıstanın Böyük kanyonu hesab olunur və buranı hər il minlərlə turist ziyarət edir.[2]